Aztelekomun abunəçiliyindən necə çıxaq?

Salam hər vaxtınız xeyir Keçən dəfə modem ilə əlaqədar sual yazmışdım İnternet çox zəif idi sürəti 5 kbit-ı yaxın bəzən heç o da olmurdu Mən elə təxmin edirdim ki təzə aldığım modemlə əlaqədardır bu problem.Çünki həmin modemi aldıqdan sonra bu problem baş verdi. Amma modem ilə əlaqəli deyilmiş və burda da bu elə bu cür cavab verdilər Aztelekoma və rayon poçtuna bu baradə məlumat verdim. Bir neçə gün keçdi hər dəfə poçtdan zəng edib dedilər ki xəttinizdə problem var. Sonra düzəltmədikləri üçün Rabitə Nazirliyinə online məktub yazdım. Yenə də poçtdan zəng etdilər və getdim poçta. Dedilər ki "xətdə problem var və getdikcə internet yavaş-yavaş daha da zəifləyəcək və xarab olacaq". Və orada reklam etdilər ki 300-350 manat başa gələn sputnik ilə işləyən internet var. Ondan çəkdirsəniz sürətli olacaq.(səhv etmirəmsə azeronline provayderini nəzərdə tuturlar).Belə fikirləşirəm ki bəlkə də bunu camaata "sıramaq" üçün qəsdən interneti belə zəiflədirlər nəyisə Aztelekoma facebook meesenger vasitəsilə müraciət ünvanlamışdım cavabı belə gəldi ki "Aztelekom "MMC-nin Ucar Telekomunikasiya Qovşağı tərəfindən təqdim edilən məlumata əsasən bildiririk ki, sizin yaşadığınız ünvan mərkəzi EATS-dan 2 km məsafədə yerləşdiyindən, mövcud avadanlıq vasitəsi ilə keyfiyyətli internet xidmətinin göstərilməsi hazırda mümkün deyildir. Qeyd edilən ərazidə internet xidmətinin yüksək səviyyədə göstərilməsi üçün müasir növ texniki avadanlığın quraşdırılması nəzərdə tutulmuşdur. Texniki avadanlıqlar quraşdırıldıqdan sonra, "Aztelekom"MMC-nin Ucar TKQ Sizə məlumat verərək, internet xidmətinin göstərilməsini təmin edəcəkdir. Nəzərə almağınız xahiş olunur". Ümumiyyətlə bu cür cavablara inanmaq da çətindi yəqin 1-2 əsr sonra həmin avadanlıqları quraşdıralar :)) Aztelekom deyir ki eviniz EATS-dən 2 km uzaqdadır yəni yaxın olsaydı bu cür problem olmayacaqdı.Maraq üçün Google Maps-la ölçdüm 2 deyil 1.4 km oldu.Nəyisə,mən də cavabımda dedim ki bəs necə olurdu ki indiyə kimi normal işləyirdi. Bu suala isə cavab vermədilər. Təbii ki bunu gözləmək ağılsızlıqdır çünki inanmıram nə vaxtsa aztelekom "yüksəksürətli" internet təqdim edə bilsin və elə bu deyilənlərin reallaşması da mümkün görünmür Mən aztelekomdan abunəçiliyimi necə dayandıra bilərəm? Və ya başqa provayderə qoşulduqda belə yenə də həmin problem olcaqmı? Çünki bizim rayonda yalnız 1-2 provayder var onlar da ADSL ilə internet xidməti göstərir

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Sahrab (2021-07-29 16:58:40)
təşəkkür

Login111111 (2021-07-28 22:34:53)
Az/Bak telecom hecvaxt normal islemeyib (islesede 1-2 il sonrada xarabi cixir.) sputniknen isleyen internetlerinde tarifleri ve qurasdirma qiymeti bir qeder baha olur cunki umumi o tip texnologyia bahadir. Ve eyni problemin olmasi dediyiniz 1-2 provayderden aslidir (yeni hansi sirketlerdir.) Imtina etmek ucun rayondaki ATS e gedib erize yazmaq lazimdir, onuda tam aztelekomla deqiqlesdire bilersiz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

pas_12 45E bəzi Azərbaycan kanalları itib

Bank kartı necə sifariş etmək olar?

“KATV1” internet keyfiyyəti

Ebay-dən alınan mala görə POÇT ödənişi

Sürətli upload və download üçün VPS

Gürcüstan banklarında online hesab