Köhnə Whatsapp yazışmalarımın gizliliyi qorunurmu?

Salam. Bildiyim qədərilə DTX (və ya MTN, dəqiq bilmirəm) bizim köhnə whatsapp yazışmalarımızı oxuya bilir, yəni orada işləyən tanışın varsa, bunu edə bilirsən. Sualım belədir: DTX ən çoxu neçə il öncəki mesajlarımızı oxuya bilər?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Diana.aliyeva (2021-07-29 20:37:52)
Haradan bilirəm - DTX əməkdaşı bu məlumatı vermişdi, onlar işə götürdükləri şəxsin son 2 (və ya 3, dəqiq yadımda deyil) ilin yazışmalarını oxuya bilirlər. Belə demişdi. İstənilən halda cavabınız üçün təşəkkürlər

Software Developer (2021-07-29 19:19:46)
"Bildiyim qədərilə" - haradan bilirsiniz? Belə dedi qoduları ciddiyə almayın. Elə bir şey yoxdur. Yəni, dövlətin təhlükəsizlik qurumu kiminsə mesajını necəsə oxuya bilərmi soruşursunuzsa - əlbəttə zərurət olanda buna cəhd edə bilər, cəhd alına da bilər , alınmaya da (situasiyaya baxır. mesencer hansıdır, şəxs hansı ölkədə yerləşir, telefonu hansı sistemdə işləyir, təhlükəsizlik qaydalarını nə dərəcədə yaxşı bilir və virus proqramlardan qoruna bilir və.s.) Amma bu ayrı və geniş mövzudur - qısaca onu bilmək bəs edər ki, siz deyən kimi hansısa işçi kefi istəyən kimi hansısa mesencer mesajını oxuya bilər - cəfəngiyyatdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Whatsapp hesabımı necə bərpa edə bilərəm?

planşetdə whatsapp istifadeə etmekə olur ?

WhatsApp şəkil qoymaq

ogwhatsapp

nömrələr kontakdan silirəm amma whatsapp-dan silinmir

Pullu Whatsapp?