Payoneer pul nəğdləşdirmək

Salam mənim Payoneer hesabımda Upwork tərəfindən yüklənilmiş vəsait var. (1200$) Bu vəsaiti nəğdləşdirmək üçün Payoneer kart sifariş etməliyəm yoxsa Bank hesabı açıb sonra detalları saytda daxil etməliyəm? Əgər Payoneer kart sifariş etsəm və kart mənim əlimə keçdikdən sonra dərhal nəğdləşdirmə əməliyyatı apara bilərəm və bu halda hansı bankomatdan istifadə etməliyəm və VÖEN açmağa ehtiyac qalacaqmı?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2021-08-14 12:59:40)
VÖEN açmaq hüquqi məsuliyyətdir. Yəni gəlir qazanan şəxs gəlirini VÖEN ilə bəyan etməlidir, əks halda məsuliyyət daşıyır. Bunun kart ilə əlaqəsi yoxdur yəni. Payoneer kart əldə etdikdə kartı bankomata salıb pulu çıxarmaq olur - yəni bu zaman sizdən hər hansı sənəd istənilmir. Dediyim kimi, bu şəxsi məsuliyyət məsələsidir, hər hansı texniki əngəl yoxdur yoxsa.