Amerikadan noutbuk gətirtmək.

Salam. Amerikadan noutbuk gətirtmək istəyirəm. https://www.amazon.com/dp/B08B4BF23G/ref=asc_df_B08B4BF23G1598853600000/?ascsubtag=s1629392258344sqxla52402&creative=24646&creativeASIN=B08B4BF23G&language=en_US&linkCode=df0&tag=52402_iceleadscom-20 https://www.bestbuy.com/site/msi-gf63-15-6-gaming-laptop-intel-core-i5-nvidia-geforce-gtx1650-256gb-ssd-8gb-memory-black/6456141.p?skuId=6456141 https://www.walmart.com/ip/Lenovo-Legion-5-AMD-Ryzen-R5-GTX-1650Ti-8GB-256GB-1TB-Gaming-Laptop/627433588 İstədiyim xarakteristikalara uyğun 3 noutbuk tapmışam. Bu noutbuklardan hansını məsləhət görərsiz? 3ds maxda işləmək üçün normal göstəricilərə malik, münasib qiymətə bunları tapdım. Bir də Tuf modelləri var. Sadəcə onu tərifləmirlər. (Düzü bilmirəm nəyə görə :) tapdıqlarım Amazon, bestbuy, walmart saytlarındandır. bu saytların güvənilirdi? Və ən əsas sualım, bu saytlardan məhsulu birbaşa sifariş vermək olmur. kargo şirkətləri ilə gətirtməliyəm. nə dərəcədə güvənilirdi? problem nədə çıxa bilər? Gətirmək üçün nə qədər xərc tutar? və 300 dollardan artıq olduğu üçün nə qədər vergi ödəyəcəm. (Şəxsi istifadəm üçün gətirirəm. 1 ədəd.) Neçə günə gələcək? Hansı kargo şirkəti daha güvənilirdi, daha yaxşıdı. Son olaraq, firmaların öz saytlarından sifariş vermək olur? Sərfəlidir? Misal Lenovonun, ya MSİ -ın öz saytından. Suallar çox oldu. İn şa Allah cavablandıran tapılar. indidən çox sağolun

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Wp-Login (2021-08-26 00:08:17)
Mən təşəkkür edirəm. İstəsəniz əlaqə nömrəsi qeyd edərsiniz köməklik daha tez göstərərəm

terlan125 (2021-08-25 10:25:30)
Məlumat üçün təşəkkür edirəm. Çox sağolun böyük kömək olduz

Wp-Login (2021-08-25 10:21:52)
1300 dollar ümümi dəyəridirsə bunun 300 dollarını limitə çıxsaq qalar 1000 dollar. Siz bu 1000 dolların 36% ödəyəcəksiniz. Əlavə səhv etmirəmsə bunlardan başqa vergi tutulmur. Xeyr mover.az kimi çatdırılma xidmətlərinin anbarına məhsul daxil olduqdan sonra məhsulun çəkisi ölçüsü kimi lazımı məlumatlar qeyd olunur. O sırada özləri qeyd edillər "Gömrüyə Bəyan et". Siz bu linkə daxil olduğunuzda sizə smart customs proqramında ətraflı başa salırlar. Sizin sadəcə diqqət etməli olduğu yer mover.az hesabınızı açdığınız sifariş verdiyiniz şəxsin adına açılmalıdır Smart Customs proqramı. O proqram sayəsində gömrüyə getmədən verginizi ödəyirsiniz və rahat bir şəkildə məhsulunuz ünvana çatır. Mover.az sizin məhsulunuzu göndərməsi üçün bəyannamənizin olmasını gözləyir. Bəyan etdikdən sonra 1 saat gözləməlisiniz ki mover.az saytı bəyan olduğunu anlasın. Bəyan olunmuş məhsullar aşağıdakı kimi görsəniz. Baxın qırmızı ilə işarələnən yerlər bəyan olduğunu göstərir

terlan125 (2021-08-25 00:09:31)
Ətraflı məlumata görə təşəkkür edirəm. Səhv etmirəmsə 36 faiz rüsum oldu. Misal ümumi dəyəri ( çatdırılma daxil) 1300 dollarlıq məhsul gətizdirdik. Burada 360 dollar əlavə rüsum olacaq. 1660 dollar. Daha sonra bunun üzərinə vergi və gömrük orqanı tərəfindən müəyyən edilən xərclər gələcək. Bunlar hansı xərclərdi? Hardan bunun haqqında ətraflı məlumat ala bilərəm? Və son olaraq bu proses necə olur? Mal Azərbaycan gömrüyünə çatanda mənə zəng eliyirlər və mən rüsum vergi və s. Ödəyirəm malı buraxırlar? Ya necə olur?

Wp-Login (2021-08-20 00:43:14)
Salam hər vaxtınız xeyir. İçərilərində mənim ən sevdiyim marka və mənə görə digərindən daha yaxşı olan Lenovo Legion 5 almanızı məsləhət görərəm. Acerdə pis marka deyil ancaq Lenovo daha yaxşıdır mənə görə həmdə video karta birisi GTX 1650 di bu Acerdə belədir. Ancaq Lenovoda GTX 1650Ti -dır. Digər sualınıza belə cavab verim. Öz saytlarından almaqdansa amazon kimi nəhəng saytlardan 50-60 dollar bahasına alsanız daha yaxşı olar. Çünki amazon satdığı məhsulları keyfiyyətli və qarantiyalı olur. Amazon Amerikada yerləşdiyi üçün bir başa Azərbaycana çatdırılması yoxdur. Kargo şirkətləridə çoxdur mənim sizə önərdiyim şirkət mover.az olar. Mover.az digər kargo şirkətlərindən biraz baha çatdırma etsədə ki bu qiymət 1 dollar fərq edir lakin daha yaxşı və tez çatdırır. Mover.az məhsulu çatdıran zaman zədələmir. İndiyə kimi 10+ məhsul sifariş etmişəm. Bunlardan 3-4 Amerikadan gəlib. Amerikadan gələn məhsullar çox möhkəm qorunur zədələnməsi qeyri mümkündür və kompyuter kimi əşyanın zədələnməsi çox nadir hallarda olar. Fikirləşsək ki komputerin ümümi çəkisi 1 KQ dır və moverdə kq başına 7.5$ kimi bir qiymət alır. Moverin Amerikadakı anbarına məhsul çatdıqdan sonra 1 həftəyə kimi göndərir. 300 dolları keçdikdən sonra siz 754 dollar kimi götürək 754-300=454 bununda üzərinə çatdırılma haqqını əlavə etsək təxmini olacaq 462 dollar və siz bu 462 dolların vergisini ödəməlisiniz. Vergi haqqındə ətraflı məlumatı qeyd edirəm oxuyub hesablama apara bilərsiniz : Xaricdən gətirilən bağlamalar üçün gömrük limiti cari ay üzrə olmaqla 300 usd təşkil edir. Aylıq limit hesablanarkən sizin həmin ay ərzində gömrük sisteminə əlavə olunan bağlamalarınız nəzərə alınır. Aylıq limiti hesablamaq üçün həm sifarişin içərisindəki məhsulların qiyməti, həm də çatdırılma qiyməti cəmlənir. Aylıq limitiniz və rüsum hesablanıb hesablanmaması sifariş tarixinə əsasən deyil, bağlamanın gömrük sistemində qeydiyyata salındığı tarixə əsasən nəzərə alınır.Aylıq limiti keçdiyiniz məbləğin cəmdə 36%-dək məbləğində (aldığınız məhsulun gömrük koduna uyğun olaraq) rüsum və vergi ödəməli və gömrük orqanı tərəfindən müəyyən edilmiş digər xərcləri ödəməli olacaqsınız. Ağlınızda olan başqa sual varsa buyurun

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

komputerin klaviaturası haqqında.

notbuka farmat vermək ardıcıllığı

Notebookda səs ikonu və batareya ikonu itib

amazon da satış etmək

Notebookun video kartı necə dəyişilir?

Notebookum tez-tez donur