Banklarda əmanət qoyaraq pul qazanmaq

salam, aranızda hansısa bankda əmanət qoyaraq pul qazanabilən var? yazılan kimi hər ay ödəyirlər vaxtı vaxtında? Məsələn rabitabank'da 3 illik 11.25 % dir deyəsən obiri banklarda 6-10 arası. Hansı banka qoymaq məsləhətdir? bir də bank bağlansa 100 minə qədər olan hissəsi siğortalanır?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Tamerlan Mammadov (2021-08-30 08:05:12)
Tesekkurler

E. Hacı (2021-08-27 02:47:10)
İndi tam sığortalanır. 12%-i keçməmək şərtilə. 11.25% bu şərtə cavab verir, deməli tam sığortalanır. Daha ətraflı Əmanətlərin Sığortalanması Fondundan öyrənə bilərsiniz. Ödəyirlər əlbəttə, şərtlər öncədən sizə deyilir və deyildiyi kimi də icra edilir. Gəlir olaraq 11.25% çox az məbləğdir amma - yəni inflyasiyanı zar-zor qarşılayır. Ondansa hansısa sahəyə yatırım etmək, biznes qurmaq daha məntiqli olardı şəxsən mənə görə (əlbəttə bu zaman risk artır - risk dərəcəsi ilə gəlir dərəcəsi tərs mütənasibdir)