Payoneer-den karta pul atmaq

Salam mənim payoneer hesabımda 280 USD var bu pulu karta atmaq üçün lazım olan rekvizitləri bank programından götürmüşəm bank programına daxil olub kart məlumatlarından götürüb yazmışam yeni. İndi belə etdiyim halda pul kartına gelecek yoxsa xüsusi olaraq banka getmek mecburiyetinde yem ?

Verilmiş cavablar və yazılan şərhlər (12 cavab var)

Anarkr (2021-08-30 12:26:03)
Menim demək istədiyim odurki her ikisindede vətəndaşların xeyrinə olan birşey yoxdu

E. Hacı (2021-08-30 01:35:34)
o başqa bu başqa. Gömrük limiti ölkədən çıxan pula aiddir, bu biri isə ölkəyə gələn pula aid.

Anarkr (2021-08-29 20:15:09)
Heç inanmıram bele şey edeler . Adicə 300 USD gömrük limiti qoyublar :)

E. Hacı (2021-08-29 14:10:31)
Transfer Wise və ya Payoneer-in öz kartı fərq etməz - texniki olaraq, bəli, heç kim sizə əngəl qoymayacaq və siz kartdan pulu çıxara biləcəksiniz. Hüquqi olaraq isə - heç bir şey dəyişmir. Qanuni məsuliyyət yaradır. Yəni pul rəsmi hesaba gəldi, yoxsa xarici karta, fərq etmir - hər ikisi vergi öhdəliyi yaradır və verməmək vergidən yayınmaq hesab edilir. Bizdə düzdür, freelancerlər xarici kart işlətdikdə əksəriyyət bunu elə vergi verməmək üçün belə istifadə edir. Amma yenə deyirəm, bu yanaşma şəxsi vergidən azad etmir, yayınmaq başqa, azad olmaq başqa. Yayındıqda sabah xəbər tutulsa başağrısı ola bilər. Çıxış yolu 2 dənədir: 1. Hər bu problemi yaşayan şəxs elektron müraciət edib şikayət etməli və ayda tutalım 500$-a qədər gəlirdən vergi tutulmamasını xahiş etməlidir. Ki müvafiq qurum da görsün ki belə şəxslər və belə seqment varmış, 5-dən 10-dan qazanmaq istəyirlər, amma VÖEN əngəli onlara mane olur. Xərci borcundan çox çıxır. 2. Çox qazanmaq. Bir qədər sadə səslənsə də, əslində çıxış yolu budur. Hədəfləri böyütməli, dropshipping ya hər nə işdir fərq etməz, indikidən 10-20-50 dəfə çox qazanmağı qarşıya məqsəd qoymalı. 100-200lə qarın doymaz. 3-5min qazandıqca isə artıq 5% vergi də vermək olacaq rahat, ürəklə, sosial da ödəmək olacaq, üstəlik mühasibə də hər rübdə zəhmət haqqı ödəyib bütün hesabat işləlrini gördürmək olacaq. Arzu edirəm ki, bu yolla davam edə biləsiniz.

E. Hacı (2021-08-29 14:04:21)
Gəlir nə qalırsa onun 5%-i vergi verilməlidir rəsmi hesabat təqdim etməklə. (bunu adətən mühasiblər edir, şəxsən etmək üçün gərək bütün sistemi öyrənmiş ola sahibkar)

Anarkr (2021-08-28 16:16:39)
Bağışla qardaş üzrlü say senide narahat edirəm lakin Azərbaycanda bu isle bağlı məlumatlı şəxs çox azdı. Bir başqa sualım eyerki transfer wise kartı getirirsem bu VÖEN isinden canim dincelerde hə ? İllik 29 USD odeyerem o karta

Anarkr (2021-08-28 16:12:50)
Voende ödəniş necə olur bize qalan xeyirin faizin götürürlər yoxsa ümumi karta gelen məbləğin ? Çünki mən ebayda dropshipping edərkən bir məhsulu meselen alıram 5 yevroya satıram 10 yevroya mənə qalan 5 yevro olur dövlət bu yevronun vergisin tutur yoxsa 10 yevronun vergisin ödəyirəm. Birde eyerki bank prablem yaratmasa voenle bağlı ödənişlərini rahat şəkildə edə bilərəm . Çünki bank özü icazə verir

E. Hacı (2021-08-28 15:57:06)
Anlaşılmazlıq var çünki ortada. Qanun belə kiçik qazancları nəzərə almayıb. Banklara da tapşırıblar, onlar da icra edir. Məbləğə baxmadan. Gürcüstanda filan, aylıq müəyyən məbləğə qədər daxilolmalara heç bir şey demirlər. .Bizdə də 5 il əvvələ qədər elə idi, sonra banklara tapşırdılar ki, fərqi yoxdur, bütün pullar ağarmalıdır və qanuni olmalıdır.

E. Hacı (2021-08-28 15:55:25)
Yox dövlət işçisi olmanızın bu məsələ ilə heç bir bağlılığı yoxdur. Sizin kart hesabı VÖEN hesab deyil, maaş kartı hesabıdır. Amerikada məsələn siz deyən kimidir, tax İD mərkəzidir hər bir vətəndaş üçün. Bizdə isə fərqli modeldir. Sahibkar kimliyi başqadır, işçi kimliyi başqa. Maaşlı işdə işləyən VÖEN əldə etmir, şirkət onu işçi kimi götürüb vergini də maaşından tutaraq maaşını verir. Sahibkar kimi VÖEN əldə edən isə vergini və.s. özü ödəyir.

Anarkr (2021-08-28 14:46:48)
Hemde aylıq 300 USD keçmeyen bir qazancım var bu qədər kiçik qazanc üçün dövlət VÖEN prablemi edirmi ? Mən onsuz demek olarki her ay dövlətə 200 AZN vergi ödəyirəm

Anarkr (2021-08-28 14:44:03)
Mən dövlət isciyem ve dövlətə vergi ödəyirəm . Həmin karta atsam VÖEN prablemi yaranar ?

E. Hacı (2021-08-28 14:04:23)
Hər şey düz yazılıbsa birbaşa oturmalıdır. Təbii ki əgər bank blok qoymasa (VÖEN olmayan hesablara xaricdən belə pul gələndə bir çox hallarda banklar blok qoyur - məbləğə və şansa bağlı bir şeydir, bəzən qoyulur bəzən yox) Blok da olduqda sizə zəng edib deyirlər, və ya özünüz zəng edib öyrənirsiniz. və sizin qərara uyğun olaraq ya məbləğ başqa bir VÖEN hesaba köçürülür, ya da geri qaytarılır Payoneerə. Köçürdükdən sonra 3-4 bank günü ərzində oturmasa, problem var deməkdir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payoneer karti

Kapital bank rekvizit payoneer

Payonner haqqında

Payoneer kartdan pul çıxartdıqda vergi

Payoneer-rin 2016da sifariş verdiyim kart indi işləyərmi??

Payoneer kartı sifarişi