Proqramlaşdırma üçün notebook tövsiyəsi lazımdır

salam. mən informasiya texnologiyaları, informasiya təhlükəsizliyi və ya kompüter elmləri ixtisaslarından biri üzrə universitetə qəbul olacam.(hələ bilinmir 3-4 günə dəqiq biləcəm). Mənə notebook lazımdır ancaq hansını alım bilmirəm. Bəziləri deyir nvidia olmaz çünki linux ilə problem olur. Bizdəki laptopda nvidia var və ailə üçündür yəni linux yükləyə bilmərəm. Linux, proqramlaşdırma və bu ixtisaslar üçün hansı laptop idealdır? https://irshad.az/az/mehsullar/asus-x515ja-bq026-m19220/ bunu alsam peşman olmaram ki?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2021-08-30 14:42:36)
Son 10 ildə Linux(Ubuntu) ilə 2 müxtəlif ASUS işlətmişəm, bir dənə də Lenovo - hər 3-ü problemsiz işləyib Linux ilə. Lap əvvəlki illərdə bəzi xırda problemlər olurdu (məsələn ekran işıqlanması hər restartda öz-özünə artırdı filan kimi xırda şeylər), hazırda problem olmur. Mənim hazırki ASUS laptopum da Nvidia ilədir, amma nə yalan deyim, heç cəhd belə etməmişəm aktiv etməyə. Yəni kompüter ideal işləyir həm ekran effektləri, həm də performans idealdır deyə heç maraqlanmamışam ki, NVİDİA kartını necə aktiv edim. Hazırda öz daxili intel kartı ilə işləyir yəqin ki. Oyun zad oynamıram deyə hər hansı problem də hiss etməmişəm. Deyəsən apt install nvidia-340 yazmaqla olur, amma onda da 1GB download olur deyə heç əl vurmamışam ki lazım deyilsə qalsın. Linkdə paylaşdığınız kompüter hazırki bazar qiymətlərinə baxanda çox yaxşı kompüterdir fikrimcə. Bircə RAM daha çox olsaydı kaşki, amma qiymətinə baxanda OK saymaq olar onu da. Mən bundan əvvəl 8GB-lıq istifadə edirdim SSD ilə, çox yaxşı işləyirdi Ubuntu ilə, 3 il normal işlətdim, sonra indiki laptopa keçdim.