Payoneerdən banka transfer üçün hesab rekvizitləri

Salam. Mən bir neçə gün əvvəl Fiverrdən qazandığım pulu payoneer ilə bank hesabıma köçürdüm. Pul gəlmədi və banka müraciət etməli oldum. Bankın yardımı ilə pul gəldi hesaba. Gəlməməsinin səbəbi rekvizitləri yazarkən nəsə səhv etməyim idi. Bank səhvin nədə olduğunu bilmədi. Bəlkə belə bir məsələ ilə qarşılaşan olub. Hesab nömrəsini filan düz yazmışam, sadəcə "Təyinatda Mütləq Göstərilməli" bölməsində olan Adımın altındakı rəqəmləri yazmamışdım. Problem bu ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

Şahmar Mamedov (2021-09-11 16:21:50)
Çox təşəkkür edirəm. Başa düşdüm.

E. Hacı (2021-09-11 16:19:07)
Siz payoneeri heç deməyin. Deyin xaricdəki hesabımdan özümə pul göndərmişəm , belə bir problem çıxıb. Nəyi düz etməmişəm ki pul ortada ilişib qalmışdı - deyin ki düzəldim

Şahmar Mamedov (2021-09-11 11:48:39)
Çox sağ olun. Onda gedib bankdan səbəbi öyrənməliyəm. Operatorlar "Payoneer"in nə olduğunu belə bilmirlər.

E. Hacı (2021-09-11 11:45:41)
Ola bilər ki, yola verirlər və doğrunu demirlər. Bəzən olur belə, texniki terminlərlə nəsə anlaşılmaz şey deyib müştərini yola verirlər - harda ki, əslində kiminsə səhv olub konkret. Bu durumda belədir belə deyil bilmirəm, amma dəqiq səbəbi bilmək haqqınızdır. Belə təxminlərlə rekvizitdə nəyisə dəyişib daha da korlaya bilərsiz işləri.

Şahmar Mamedov (2021-09-11 11:42:57)
Soruşdume, dedim növbəti dəfə yükləmələrdə müraciət etməyim də. Dedilər ki bilmirlər nəyin tam yazılmadığını.

E. Hacı (2021-09-11 11:33:02)
Səbəb çox ola bilər. sahibkar hesaba gəlməməsi, əməliyyatın şübhəli görünməsi, hansısa əməliyyatçının məsuliyyətsizliyi və.s. Bank-dan soruşa bilərsiz o halda əgər doğurdan da hansısa məlumat əksikdirsə, desin, siz də biləsiniz.

Şahmar Mamedov (2021-09-11 11:16:34)
Bank niyə blok qoysun ki?

Şahmar Mamedov (2021-09-11 11:06:27)
Çeki filan istədilər məsələni araşdırmaq üçün, 2 günə pul yükləndi. Zəng edib dedilər ki bankın tranzit hesabında dururdu, hansısa məlumat tam yazılmayıb, ona görə də hesaba yüklənməyib.

E. Hacı (2021-09-11 11:01:33)
"Bankın yardımı ilə pul gəldi hesaba" - bu necə olur ki. Demək bank blok qoyubmuş sadəcə. Siz deyəndən snra açıb. Əgər səhv yazsaydınız, bank heç bir kömək edə bilməzdi.