Dle vs WordPress

DlE , WordPress müqaisədə hansı üstünlükləri var ? xəbər sayt üçün hansı daha məsləhətlidir

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Web Saytlar Yaradılması (2023-01-23 03:24:57)
Geniş cavab verilib. Əlavə edim ki, 1 aylıq pulsuz hostinqə qoşub, onu da yoxlaya bilərsiz: https://hostinq1.com/shared-services/application-installer/wordpress/ Report.az belə WP-də yığılıb, ancaq xəbər saytının yığılmasından daha çox müxbirlər (content) və büdcə (marketinq) daha çox rol oynayır. Xəbər saytları üçün WP-də pulsuz temalar çoxdur.

SN (2021-09-16 11:42:23)
Mən WordPress professionalı deyiləm, amma nulled versiya istifadə etmək istifadəçi hüquqlarına ziddir, bu əsas məsələ. Digər məsələ isə temanı götürüb null edənlərin hansısa bir məqsədi var ki, onu edirlər. Ya zərərli kod yerləşdirirlər, ya backdoor deyiləm boşluq qoyurlar və s. Digər əsas məsələ isə tema avtomatik yeniləmələri götürmür, sistem yenilənir, tema isə "deprecated" olan funksiyalar, dəyişən funksiyalara cavab vermir, bir də baxırsız ki, error log faylı olub 80GB. Dediyim kimi, büdcə yoxdursa kifayət qədər səliqəli pulsuz alternativ temalar tapa bilərsiz.

zaurinio (2021-09-16 00:43:56)
Ətraflı cavabınız üçün çox sağolun Bir sualım yenə qaldı, tema nə qədər düzgün işləyib işləmədiyini test etmək mümkündürmü? (Nulled versiyanı yükləmişəm istəyirəm ki yoxliyam modullarda problem oldub olmadığı )

SN (2021-09-15 23:41:01)
CMS sadəcə bir vasitədir. Sizin üçün hansının daha yaxşı olacağını demək sadəcə proqnoz ola bilər, proqnoz verəsi olsaq, WordPress. Pulsuzdur, ki, bu hələ konkret nə edəcəyini bilməyən biri üçün ən yaxşı seçimdir. Community böyükdür, bu da peşəkar olmayan biri üçün, lap peşəkarlar üçün belə çox vacibdir. Pulsuz şablon, addon imkanları genişdir. Digər tərəfdən yenə nə edəcəyini bilməyən biri üçün bəzi çətinliklər də ola bilər. Spammer'lər, attacker'lər və s. Bir CMS, framework və s. nə qədər məşhurdursa, sistemi bilən, boşluqları görən də o qədər çox olur. Digər tərəfdən hər problem üçün addon qurmaq, hardan gəldi tema yükləmək daha ciddi problem yaradacaq. Əgər büdcə kifayət qədərdirsə onda professional birini tutub, onun öhdəliyinə verməliyiniz ən məntiqlisidir. Yox büdcə yoxdur deyirsizsə, WordPress qurun, problem yarananda həllini də tapmaq asan olacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Joomla yoxsa WordPress?

WordPress subdomeni haqda suallar.

WordPress ağ səyfə səhfi

WordPress üçün mail abunə plugini lazımdır.

WordPress Tema

WP saytda ə hərfinin görüntüsündəki qeyri sabitliklə ilgili