Payooner kartı üçün hesab doğrulama

Salamlar. Burda kim Payooner kartı işlədir? Hesabımda 100$ var və bu olannan sonra kart sifariş etməyə icazə verir. Lakin kartı sənə göndərmələri üçün 3 sənəd göndərməlisən 2sini həll etdim qalan 1ini necə edəcəyimi bilmirəm (Adres doğrulamaq). İcarə kağızını (üstündə ad soyadım yazılan) göndərdim və deyir səfdi, başqa şey istiyir ama bilmirəm nə? Kimin başı çıxır, xahiş edirəm kömək edə bilər?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

turalgurbanli23 (2021-09-24 00:21:34)
Salam. Bankın onlayn çatından və ya whatsappdan kart çıxarışı istəyin və adresidə qeyd etmələrini istəyin , əgər desələr yazmırıq sadə çıxarış göndərsinlər PDF faylında sonra faylı açıb ad soyad və s hansısa sözün altında özünüz adresinizi yazın və o pdf ni göndərin təsdiqlənəcək.

E. Hacı (2021-09-15 15:26:36)
Hər hansı sənəd lazımdır ki, üstündə adınız və ünvanınız yazılsın. Məsələn bu 3 variantdan biri. 1. Adınıza Azersu çeki varsa, çekin şəkli. 2. JEK-dən yaşayış yerindən arayış ala bilərsiz öz adınıza- dil fərq etməz. Əsas odur ünvan və ad olsun və möhür olsun üstündə. 3. Hər hansı bankdan hesabdan çıxarış istəyəndə soruşun ki ünvan da yazılsın üstündə. Bəzi bankların çıxarış şablonunda ünvan yazılır, bəzilərində yox. Hansında ki ünvan yazılır. o bankdan çıxarış alıb göndərsəz bəs edir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Payooner və yerli kart

Payooner Payza ve.s