Skrill fırıldaqçı saytdır?

Salam. Skrill açmışam. Ancaq internetdə əsasəndə ingilis dilli platformalarda hər kəs Skrill dən şikayər edir, onların pulu oğurladıqlarını iddia edirlər. Skrill istifadə edənlərə firildaqçı kimi yanaşılır. Bu nə dərəcədə doğrudur? Paypal bizdə işləmir. Xaricdən pul qəbul etmək üçün Paypal alternativi kimi başqa hansı platforma var? Saytda donate buttonu yerləşdirmə imkanı olsa lap yaxşı olar.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2021-09-15 15:27:59)
Skrill çoxdanın şirkətidir, əvvəlki adı Moneybookers idi. Əsasən qumar, kazino və.s. saytdan pul qazananların işlətdiyi bir platforma idi əvvəllər. Sonralar ciddiləşdi deyə fəaliyyətini genişləndirdi, adını dəyişdi və.s. Rəsmi qeydiyyatı olan şirkətdir, bəlkə şərtləri kimisə qane etməyə bilər, faizləri də çox yüksəkdir, amma ciddi şirkətdir.