Ebay/Amazon ve s. bənzər platformalarda handmade əşyalar satdıqda məhsulu xaricə necə göndərirlər?

Salam. İş qurmaq istəyirəm. Çox böyük iş olmasada xidmətlərimin profesonal olmasını istəyirəm. Tutaq ki, öz əllərimlə nə isə düzəldib satıram və alan olub. Mən bu məhsulu necə göndərim xaricə? Bizim poçta güvənmək olar ki, əzmədən, qirmadan və ya yolda itirmədən aparıb təhvil verəcək? Sürətli çatdırılma etmək üçün nə etmək lazımdır? Mover, Camex kimi daşıma şirkətləri vasitəsi ilə göndərmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SevaMd (2021-09-17 20:46:24)
Çox sağolun , yoxlayacam AzEms i.

E. Hacı (2021-09-17 13:24:06)
Bizim poçtun express bölməsi çox normal, ucuz, sürətli çatdırır xaricə. Standart shipping ilə dəd göndərilər, mən Amerikaya göndərmişdim bir dəfə, standart-ucuz olan ilə, 14-15 günə gedib çatdı, özüm də təəccübləndim. 1-2 manat pul vermişdim səhv etmirəmsə. Lap təcili və xarici şirkət istəyirsinizsə, Əhməd Rəcəbli küçəsində DHL Bakı ofisi var, hədsiz baha qiymətə, 3-4 günə hər yerə çatdırma edirlər. Başqa alternativlər də var, xaricdəə eşitdiyiniz poçt şirkətlərinin adını Baku sözünü əlavə edərək axtarın, bəzilərinin Bakı bölməsini tapa bilərsiniz. Amma əminəm ki, seçim AzEms üzərində olacaq, yəni yerli poçt. Çünki qiymət çox fərqlənir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Amazondan Noutbuk sifarişi

Ebaydan alınan malım gəlməyib

Ebayda gül toxumları sifarişi etmək

Netmoney ile ebay-dan alisveris

Ebay Satıcının Cavabı

ebaydan mal gəlməyib, 7 ay keçib