Bəyannamədə miqdar necə yazılır?

Salam. İnternetdə məsələn 10 ədəd led satılır (10pcs led). Mən də bunu 2 ədəd sifariş verirəm yəni olur 20 ədəd. Bəyannamə yazanda sayını 2 ədəd göstərməliyəm yoxsa 20 ədəd?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2021-09-22 14:27:10)
Qablaşdırmadan asılıdır. 10 ədədlik bir selofanda və ya qabdadırsa, o halda 2 ədəd yazırsız. Çünki fakturada da 20 ədəd heç bir yerdə yazmayacaq düzdür? 10pcs yəqin ki malın adında yazacaq, siz də o maldan 2 ədəd alırsınız, deməli 2 yazılması daha düzgündür.