USPS göstərir delivered. Mover.az bağlamanı göstərmir

Salam. Oktyabrın 11-də, eBay-dan Moverin USA-dakı adresinə məhsul sifariş verdim . USPS şirkəti ilə. 5 gündən sonra (Oktyabrın 16-sı) isə Tracking kodda - Delivered yazıldı. Çatdırılma şənbə gününə təsadüf edib. Bura qədər hər şey normal görsənir. Amma artıq Oktyabrın 18-dir. Mover hələ ki bağlamanı göstərmir. Bəyannamə falan hamısı qaydasındadı. Moverə müraciət etdim. Onlar Amerika anbarına sorğu göndərdilər. 1 saatdan sonra cavab gəldi: "Qeyd edilən izləmə kodlu bağlama bizim xarici anbarımıza təhvil verilməyib." Sonra Moverə getdim və problemi "Müştəri Xidmətləri"nə danışdım. Dedilər: "Şənbə günü xarici anbarımız işləmir. Məsləhətdi ki 1 həftə gözləyəsiz. Həm də bu vaxt ərzində USPS-ya xəbər verəsiz bu barədə." Maraqlısı odur ki Moverin USA anbarı şənbə günü işləməyibsə, USPS bağlamanı hara çatdırıb? Bağlamanın ortada it-bat olmasından qorxuram. 400$-lıq Kompüter hissəsidir. Çox xahiş edirəm kimin başına belə hadisə gəlibsə mənə nə etməli olduğumu izah eləsin. Çox minnətdar olaram.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Parviz (2021-10-19 01:24:53)
Mənim USPS-ya müraciətimə ehtiyac qalmadan re-delivery etdilər. Məsələ həll olundu. Təşəkkürlər

Parviz (2021-10-18 17:08:30)
USPS rəsmi saytında track codu axtardım. Belə bir şey yazıb: "The item was signed for by A B." İndi bilmirəm ki bu "A B" Mover-di yoxsa yox.

E. Hacı (2021-10-18 16:51:01)
Göndərən mağazaya da deyə bilərsiz onlar USPS ilə danışsınlar və ya usps rəsmi saytından yaza bilərsiniz onlara.

Parviz (2021-10-18 16:26:37)
USPS-a sayt vasitəsilə müraciət etməliyəm? Necə istəyim onlardan bu məlumatı?

E. Hacı (2021-10-18 16:24:37)
USPS delivery-də kimə təhvil verilməsinə diqqət edin. Məlumat yazmayıbsa USPS-dən bunu istəyin. Mütləq məlumat olmalıdır ki paketi kimə təslim edibler, kim imzalayıb götürüb. Ondan sonra artıq Mover məsuliyyət daşımış olar.