bəzi suallarım var – emal edən, emaledici qurğu nədir?

Sabahınız xeyr olsun. Mənim bəzi suallarım olacaqdı: Kompüter informasiyanı emal edən ve ötürən qurğudur. Burda nə demək istənilir? yəni emal, emal edən, emaledici qurğu nədir? qida mənbəyi və telekomnikasiya nədir?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

secrety (2021-11-14 08:22:16)
Çox sağolun

E. Hacı (2021-11-14 00:26:11)
Emal edən - yəni nəyisə bir formada alıb başqa bir formaya çevirib geri qaytaran mənbəyə deyirlər. Məsələn 1+1 yazırıq kalkulyatora, o da bu 1+1 işarələrini emal edir və bizə 2 cavabını qaytarır. Və ya buğdanı dəyirmana tökürlər, dəyirman daşı onu emal edir və un çıxır oradan. Kompüter də müxtəlif informasiyanı qəbul edərək emal edir və müvafiq cavablar qaytarır. qida mənbəyi - loru dildə desək tok, rozedka - yəni cərəyan. telekommunikasiya - yəni rabitə, internet, telefon və.s. tele - məsafədən, uzaqdan deməkdir. kommunikasiya - əlaqə yaratmaq deməkdir. yəni uzaqdan bir biri ilə əlaqə yarada bilmək.