Kompüter yığmaq

Salam kompüter yigdirmaq sərf edər yoxsa maqazindən kredit ilə almaq? Kompüter xüsusiyyətlərindən çoxda anlayışım yoxdur 8 ram ilə istəyirəm, notebook yox masa üstü kompüter

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

SN (2021-12-15 12:03:43)
Baxır nə üçün istifadə edəcəksiz. Yüksək göstərici lazım deyilsə elə OEM deyilən istehsalçıdan ala bilərsiz. Yəni hamısı birində. Məsələn, HP şirkətindən alırsız, nəsə problem olanda da zəmanət müddətində aparırsız ölkədəki rəsmi servisinə pulsuz xidmət göstərirlər. Yoxsa hissələri alıb özünüz yığsanız, onda hansı hissə xarab olub onu aldığınız yeri tapmalı, zəmanət problemləri ilə əlləşməli olursuz. Məsələn, tutaq ki, CPU'nu bir yerdən, RAM'i başqa bir yerdən almısız. Bunlar başağrısı ola bilər zəmanət ehtiyacı yarandıqda. Amma konkret oyun, qrafik işlər görəcəksizsə hissələr alıb yığmaq məsləhətdir. Ancaq ki, belə işləri 8 Ramla həll etmək olmaz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Facebook messanger ilə bağlı problem

PayPal vasitəsi ilə visa electron karta pul köçürülməsi mümkündürmü?

Facebook Share Buttons && Opengraph meta tags

MySQL əlverişlidir yoxsa PDO ?

Poçtda sifarişi tapa bilmirəm.

About.me profilim açılmır