Salam. Mənim istiqamətlər, yol tarifi ilə bağlı problemim var. Yolları yaxşı bilmirəm, bilsəm də qarışdırıram soruşulanda. Bakının bir yerindən digər yerinə insanlar necə gedir başa düşmürəm. Məsələn 28 maydan Xətaiyə necə gedərlər yadda saxlaya bilmirəm. Bakını öyrənmək üçün effektiv proqram kimi nəyi məsləhət görə bilərsiniz ? yaxud Ən vacib nöqtələrin xəritəsi satışda varmı. Ümumiyyətlə demək olarmı ki, insanlar adətən öz yaşadıqları şəhəri tanıyırlar yoxsa mənim kimi hər kəs marşrut və metrodan istifadə edir deyə sürücülərə nəzərən az bilirlər ? Bütünlükdə tövsiyələriniz nələrdir. Təşəkkür edirəm.
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Google Maps istifadə edə bilərsiniz.
Harda olmanızdan asılı olmayaraq, açırsınız telefonda, yerləşdiyiniz yer və istədəyiniz yeri seçirsiniz və sizə göstərir istiqaməti. Siz də elə gözlə həmin tərəfə baxaraq bilirsiniz ki hansı məkan hansı istiqamətdə yerləşir.
Şəxsən öz təcrübəmdən deyə bilərəm ki, şəhəri tanımağın ən yaxşı yolu piyada gəzməkdir.
Yəni buna imkanınız varsa, ən məsləhətli yol budur.
28dən Xətaiyə piyada yaxındır. 1 dəfə gedib gəlinsə tammailə yadda qalır hansı hansı tərəfdədir, nədən sonra gəlir, alternativ yol nədir və.s.
Marşrut ilə bəli, demək olar ki, tanımaq olmur. Əksinə, qapalı qutuda oturaraq, tez-tez dönən avtobusun bura necə gəlib çıxdığını belə itirir adam. Amma eyni yolu piyada gələndə insan təəccüblənir ki, necə sadə və rahat yolu varmış, avtobusla sanki uzun çətin yollarla gəlmişdik.
0
Təşəkkür edirəm. Mənə elə gəlirdi ki, sanki bir tək mən bilmirəm yolları avtobusla.
Google maps də çatışmayan hansısa cəhət var? Məsələn bizim milli AzNav var, GoMap var, Waze var. Məsələn gomap marşrutların hərəkət trayektoriyasını göstərir. Google Maps də isə sadəcə təyinat nöqtəsinə qədər hansı marşrutla getmək olar onu göstərir. Belə xırda detallara nəzərən Google Maps daha yaxşıdır?
0
Avtomobillə gedəndə Waze yaxşıdır, piyada gedəndə google maps.
Dediyiniz şeylər google maps-da da var. marşrut filan.
Amma mən daha çox tanımaq baxımdan deyirəm, ki o zaman marşrut filan yox, sırf şəhərdə nə harda yerləşir onu bilmək lazımdır. Marşrut filan asan məsələdir.
mən zamanında 20yanvar, inşaatçılar, elmlər, nizami, 28, sahil, baksovet, gənclik, nərimanov – bütün bunların arasında hissə-hissə olmaqla piyada getdim birindən digərinə. Ondan sonra artıq tam aydın oldu nə hardadır və bir daha da unutmadım.
Sual verin
Cavab verin