Saxta sertifikat

Salam,Təhsil haqqında və ya seminar ,məşğələ üçün nəzərdə tutulan saxta sertifikata görə cinayət məcəlləsi varmı?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

niftaliyev (2022-01-09 01:45:43)
Salam, Cinayət Məcəlləsinin 320-ci maddəsinə baxın: Maddə 320. Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə [880] 320.1. Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma— [881] üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [882] 320.2. Bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə— min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. [883]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Iphoneda kod problemi

İherb alış veriş

dərman tapmaq və haqda informasiya

Saytda problem

samsung telefonda videoları bərpa etmək 

Laptopun monitoru qəfil sönür-Təcili