Etsy-də satış etməyə dəyərmi?

Salam Etsy satis eden olub? El islerim coxdu xarice satis etmək istəyirəm Esty sertler biraz cetindi yeni buna deyermi?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

İlqar Hesenov (2021-12-31 22:36:20)
Birde ayliq nece dollar odediz?

İlqar Hesenov (2021-12-31 22:34:30)
Turkiyede payment acilsa goresen yene problem yasanar burda satis edirem ama ziyana dusurem cox ucuza gedir eziyyetime deymir ona gore xaricde satis elemek isteyirem sertleri cetindi ama mecbur bir yerden baslamaq lazimdi

Zaman Hasanov (2021-12-31 12:20:37)
Salam. Mən şəxsi təcrübələrimi bölüşürəm. Etsy də satici hesabi açdim 1 gün sonra hesabim “suspend” oldu. Etsy əlaqa qurdum və hesabimda heç bir prablem olmadığını dedilər və hesabim aktivləşdirdilər. Hesabim 10 gün aktiv qaldi daha sonra yenidən suspend oldu. Bu defe elaqa saxladim ETSY paymentin azərbaycanda dəstəklənmədiyini və buna görə hesabimi aktiv edə bilməyəcəylərini dedilər. Men ödəmə almaq şəklini payoonerle qeyd etmişdim. Çunki sixintiziz bir şəkildə pulumu alacaqdim. Etsy istifadə etmek üçün VPS istifade etmek lazimdir. Etsy paymentin desteklediyi ölkelerden hesab açmaq lazimdir. Burada tesdiqleme usulu olaraqda passport göndermek olar. Özüm yoxlamamişam ama yoxlayib istifade eden varsa yaza biler. Heleki ebayda satiş etmekle maraqlaniram.

Audi (2021-12-30 17:08:00)
eslinde yaxsi fikirdi. hem dollarla satis olur hem de burdakindan 5 qat baha qiymete satmaq olur

İlqar Hesenov (2021-12-30 13:40:37)
Men ilk defe satis edecem xarice ona gore bilmek isteyirdim ki kimse satis edib netice elde eliyib

E. Hacı (2021-12-30 13:30:35)
burda elə 1 vermək olur. Yəni bəyənəndə +1, bəyənməyəndə -1. :)

İlqar Hesenov (2021-12-29 23:02:10)
Size deyerlendirmede 5 vermek isteyirem 1 olur

İlqar Hesenov (2021-12-29 23:01:28)
Cox sagolun cavablandirdiginiz ucun

E. Hacı (2021-12-29 11:55:31)
Əsas problem ödəniş qəbulu ilə bağlıdır. Etsy-də 3 seçim var. 1. Etsy payments 2. Paypal 3. Sövdələşmə (yəni müştəri sifarişi edir, sonra əlaqə bölməsi ilə siz onunla danışırsız ki, pulu sizə digər yollarla köçürsün: bank, western union və.s. nə mümkünsə o) 1 və 2 seçimləri Azərbaycan üzrə dəstəklənmir təəssüf ki. Ona görə də ya gərək xaricdə paypalınız ola, ya da 3-cü variantdan istifadə edəsiniz. 3-cü variant isə düzünə qalsa sifariş sayını sıfıra endirəcək qədər pis metoddur. Çünki müştəri görəndə ki, məhsulu almaq və ödənişi etmək uzun prosesdir, almaq həvəsi qaçır.

Audi (2021-12-28 20:24:32)
men bir defe satis etmek istedim. esyalarin ilini 1990s kimi qeyd eledim. hesabimi hemiselik blokladilar. dediler ili sehv yazmisan. nece teyin edirler anlamadim