sayt qurmaq

Salam, mən GoDaddy-də Wordpress üzərindən 1 il öncə özümə sayt qurmuşdum. İlk il qiymətlər normal idi, sonra abunəliyi yeniləyəndə 3 qat qiymət istənildi deyə yeniləmədim, əlavə olaraq Godaddy-nin Azərbaycanda müştəri xidməti yoxdur deyə mobil telefonla Türkiyə və Rusiyada olan operatorlarla əlaqə saxlamalı olurdum. Saytı özüm üçün açıram, medical sayt olacaq, özüm haqqında və xəstəliklər haqqında məlumatlar yerləşdirəcəm. Bildiyiniz başqa Goddady kimi şirkətin yaxşı alternativi var? Və ya etibarlı yerli hosting şirkəti?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Web Saytlar Yaradılması (2022-12-25 00:13:33)
Yerli şirkətlərdən danışmayacağam, çünki çox pisləmək istəmirəm. Biz Bluehost, GoDaddy və başqa neçə şirkətləri yoxladıq. Özlərindən sonsuz sayda reklamlar gəlir. Hələ emailləmizi başqalarına da verirdilər. Bundan başqa dediyiniz kimi, Bluehostda 1-ci il baha olsa da işlətdik, 2-ci il 2 dəfə artdı, eybi yox dedik, 3-cü il qiymətlər 3 dəfə qalxmışdı, ancaq qarışıqlığa düşdüyündən yenə işlətməli olduq. 4-cü il qiymətləri görəndə gözlərimiz kəlləmizə çıxmışdı. Artıq neçə ildir ki, Hostinq1 şirkəti ilə işləyirik və çox sayda müştərilərimizi dəqoşmuşuq. Reklam təklifləri 0. Emaillərimizi heç kimə satmayıblar (illərin yoxlamasından bilirik). Admin paneli inanılmaz çox asandı - 5 ya 6 bölmə var: domenlər, emaillər, applicationlar,...Admin paneli rusca, ya da türkçə edib rahat işlədə bilərsiz. Ancaq Azərbaycanda bölmələri yoxdur - günün istənilən vaxtında Support Ticket açırsız, uzağı 15 dəq. içində cavab verilir. 1-ci ayı pulsuz işlədib yoxlaya bilərsiz. Həm də tam pulsuz, yəni kartınızın nömrəsini filan yazmağa gərək yoxdu. Paketlər arasında asan keçid edirsiz: ya artıq ödəməsini ödəyib özünüz keçirsiz, ya da Supporta yazıb istədiyiniz paketə və ya VPS- keçirsiz. Saytınız başqa hostinqdədirsə, parolunu onlara verin, 15 dəqiqə içində pulsuz daşıyıb qoysunlar yeni serverinizə. Yəni məsləhətdir.

niftaliyev (2022-01-09 01:27:23)
Salam. Mən əvvəllər yerli hostinqlərdən istifadə edirdim. Amma ki, qiyməti xaricililərlə müqayisədə bahadır. Hal-hazırda SEOHOST-dan istifadə edirəm. İlliyi 24 AZN + 18% ƏDV. 1 həftə də pulsuz test edə bilərsiniz.

Mediaqafqaz (2021-12-30 15:30:15)
Salam Mənim istifadə etdiyim sərfəli və rahat hosting və domain satışı Burdan daxil olun 7/24 destek xidməti var

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azeri Online Loto oyunu saytı

Saytdan gəlir əldə etmək

Animasiyalı obrazların ölçüsünü dəyişmək

WordPress ilə elan saytı qurmaq

Şəxsi məlumatların paylaşılması

domen elavə etmək