Azərpoçtla noutbuk gətizdirmək

Salam. Bildiyimiz kimi xaricdən aldığımız hər məhsul 300 dollardan baha olarsa vergi ödəməliyik, ancaq görürəm ki, əgər məhsul azərpoçt vaistəsiylə bizə gəlirsə, çatdırılma şirkətləriylə aldığımızdan fərqli olaraq qiymət heçbir yerdə qeyd edilmir. Qiyməti təxmini 1000 azn olan noutbuk alıb azərpoçt vaistəsilə gətizdirsəm, hər hansısa bir problem olar?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Hüseyn Əliyev (2022-02-12 15:32:59)
Uzun müddətdirki xaricdən kiçik sifarişlərim olur, azərpoçta 2 manat verib götürürəm. İndiyə qədər heçbir problem çıxmayıb.

AZDROID (2022-02-02 23:21:46)
Salam. Xaricdən sifariş verilən bütün məhsullar gömrük tərəfindən yoxlanılır və əgər Smart Custom vasitəsilə bəyan etməmisinizsə ölkəyə buraxılmır. İlk növbədə sifariş verdiyiniz məhsulu bəyan etməlisiniz, bu zaman sizdən 300$ limiti keçdiyiniz üçün əlavə rüsum tələb olunacaq. Rüsumu həmin an online olaraq ödəsəniz heç bir problem yaranmaz.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Noutbuk təmiri

Noutbuklar arasındakı qiymət fərqi

Noutbukun işıqlığını artırmaq

Notbuk klaviatura

Noutbukda Oyun problemi

Komputer ustalarının komputerlərin ehtiyat hissələrini oğurlaması