Shopify yoxsa Opencart?

Shopify dropshipping haqqında biraz məlumat toplamışam anca bu platfomanın ödənişli olması mənim biroqədər də xoşuma gəlmir, bunun yerinə saytı Opencart sitemində qurmağı düşünürəm ancaq mənfi cəhətləri barədə çox fikrim yoxdu. Ödənişsiz və daha profesional görünür. Sizcə Shopify əvəzinə, Opencartdan istifadə etmək necə olar?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2022-01-22 13:16:03)
Istənilən halda müəyyən yatırım lazımdır əgər biznesə başlayırsınızsa. Yəni bundan yayınmaq istəyirsinizsə bacardıqca, demək ki indidən əmin ola bilərsiz ki iş alınmayacaq. Hər işin öz büdcəsi var oturub hesablayıb uyğun olanı seçmək lazımdır. Shopify ilə olanda əlbəttə ki daha rahatdır, sayt filan develop etməyə ehtiyac qalmır. Opencart ilə edəndə isə özünüz developersinizsə PHP bilirsinizsə, o halda Shopify-dan bir az ucuz başa gələ bilər, amma deyilsinizsə, bu metod daha çox xərc apara bilər. Üstəlik payment gateway zad qoşmaq üçün olan hüquqi proseslər Shopify-da daha asandır.