lombard açmaq üçün nə lazımdır?

salamlar,lombard açmaq üçün nə qədər pul lazımdır?bunun üçün hüquqşünasa müraciət edə bilərəm köməklik üçün?ümumiyyətcə lombard açmaq haqqında məlumatınız varsa yazsaz sevinərəm,təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Tahmina Mirzayeva (2022-02-18 15:47:23)
Salam. lombard - daşınar əşyaların girov qoyulması müqabilində qısamüddətli kreditlərin verilməsini həyata keçirən və daşınar əşyaları saxlamaya qəbul edən kommersiya hüquqi şəxsi; 1.1.2. girov bileti - kredit müqaviləsinin bağlanılması faktını təsdiq edən, girovun lombard tərəfindən verilən uçot sənədi; 1.1.3. saxlama qəbzi - saxlama müqaviləsinin bağlanması faktını təsdiq edən, lombard tərəfindən qəbul edilən əşyanın uçot sənədi; 1.1.4. maliyyə bazarlarına nəzarət orqanı - maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum; 1.1.5. vətəndaş qüsursuzluğu - mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində ağır və xüsusilə ağır cinayətlərə görə məhkumluğunun olmaması, müvafiq vəzifəni tutması və ya peşə fəaliyyəti ilə məşğul olmasına məhkəmə qərarı ilə qoyulmuş qadağanın olmaması, məhkəmə qaydasında müflis elan edilməsi faktının olmaması; 1.1.6. müştəri - lombard tərəfindən bu Qanunun 3.4-cü maddəsində göstərilən xidmətlərdən istifadə edən və ya istifadə etmək üçün müraciət edən fiziki şəxs; 1.1.7. mühüm iştirak payı - lombardın nizamnamə kapitalının ən azı iyirmi faizinə və ya müqavilə əsasında lombardın qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayısı ilə sahiblik; 1.1.8. aidiyyəti olan şəxslər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.1-ci maddəsində göstərilən şəxslər.