Xaricə qida məhsulu Azərpoçt

Salam qardaşlar. Xaricdən mürəbbə sifarişi almisdim. Hazırladım, göndərəndə azərpoçt qoymadı.bunlar niye belə edir?siz qida məhsulu göndərə bilirsiz?başqa yol nə məsləhət görürsüz göndərməyə?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Audi (2022-03-14 12:07:04)
Siz bankada göndərməyin. Sınan şey olmasın.

E. Hacı (2022-03-11 10:55:49)
Çünki onlar ixracatın necə əhəmiyyətli olduğunu anlamırlar. İşçiləri demirəm, bu mənasız əngəlləri uyduranları deyirəm. Əlbəttə malın xarab olmasından dolayı əlavə şərtlər qoyula bilər - amma bu şərtlər heç bir halda qadağan etmək olmamalıdır, sadəcə qablaşdırma, qiymət və.s. kimi şeylərdə olmalıdır.

Mahmood (2022-03-09 18:31:21)
Sorusmaqda sözdü, bəlkə 1 saat bütün operatorlari ilə danismisam. Hec biri prosedurlarini qanunlari duz əməlli bilmir. Bidənə dedikleri odurki son bir neçə ayda murəbbə gondermeye qoymurlar.. ama deyir moloko gondere bilersen. Çox savadsız operatorlardi. Baş ofise gedib şikayəti fikirləşirəm. Olkədən ixracada imkan vermirlər, bu lar nə fikirləşir cox maraqlidi

E. Hacı (2022-03-09 13:24:44)
bunlar niye belə edir? Özlərindən niyə soruşmadınız bunu? hansı qanun və hansı bəndə əsasən icazə vermədiklərini. Özünüz də rahat tapa bilərsiniz ki, xarab olan qida məhsullarını göndərmirlər, burada siyahı var: https://www.azerpost.az/az/page/post-services-8