Payoneerdə ünvan təstiqləmə

Salam. Bir həftədən çoxdu payoneerdə ünvanımı təstiq edə bilmirəm. Bank sənədi göndərmişəm neçə dəfə, amma qəbul eləmir. Adıma kommunal filan da yoxdu ki, onunla təstiq etdirim. Təstiqlədən biri varsa, xahiş edirəm, kömək edə bilərsiz? Hardan, nə sənəd almalıyam?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Ramazan Balaken (2022-03-20 00:40:56)
Məndə sənin gündə idim hardasa il yarım pulum orda qaldı çıxarda bilmədim, kamunalzad heçnə yox idi adıma, vəsiqəmin vaxtı bitmişdi , asan xitmətə dəyişməyə getmişdim , mənə kassa ödəmək üçün nazik ensiz uzun kağız verdilər həmin kağızda adıma olmayan şey yox idi. dedim bunu çəkim atım payoneerə nə olar olar şəklini çəktim atım qəbul elədilər, 15 20günə kartım gəldi, kart sifariş verəndə emaiıdən sənə track kod verecek. Həmin kodu azərpoçtun saytına yazıb kart hara çatır onrdan baxa biləcəksən

Ilyas Ceferli (2022-03-10 22:18:23)
hər hansısa banka kredit ödəyirsizsə gedin oradan arayış alın peçatlı. deyin ki mənə ödədiyim ödənişlər olan sənədin çapı lazımdır. əgər yoxdusa 2ci yol olaraq hansısa bankdan kart sifariş edə bilərsiz. kartı götürən zaman verdikləri peçatlı kağızı götürün. bunlardan hansısa birinin şəklini çəkib atırsız payoneerə vse. (diqqət edin sənəd peçatlı və yeni olmalıdır) tarixi köhnə olan sənəd qəbul edilmir.