Online ödəniş inteqrasiyası

Salamlar. Elan tipli sayt üçün online ödəniş sistemi inteqrasiya etmək istəyirəm. Birbaşa banklarla da ( Kapital Bank, Bank of Baku və s.) ilə də, həmçinin Azerikart, Millikart və Goldenpayla da mümkün olduğunu görürəm. Hüquqi şəxs kimi hansı sistemə üstünlük versəm daha sərfəli olar və niyə? Zəhmət olmazsa məlumatı olanlar fikirlərini bölüşərdi

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Orxan497 (2022-05-12 14:08:20)
Təşəkkürlər cavabladığınız üçün. Ödəniş səhifəsini özəlləşdirmə dedikdə bəs nəyi nəzərdə tutursuz? Azərikart kimi sistemlər mən bilən bank faizindən də əlavə olaraq faiz tuturlar

Cabbarov Sübhan (2022-05-12 10:47:37)
Salam. Məsləhət görürəm qeyd etdiyiniz şikrətlərin xidmət qoşulam şərtlərini öyrənin (nümunə müqavilə forması tələb edin) elə müqayisə edin. Çünki tez-tez şərtləri dəyişirlər və tam fərqli qaydalarla işləyirlər xüsusilə komisya və ya xidmət haqqı barəsində. Seçim olaraq Azerikart Millikart, Goldenpay ilə işləsəniz ödəniş səhifəsini şəxsiləşdirmə kimi üstünlüyü var. Ancaq bu şirkətlərlə işləmək üçün də 3 tərəfli (siz, bank və Azerikart Millikart, Goldenpay biri) müqavilə tələb edir. Tez və baş ağrısız rahatçılıq üçün bankların xidmətləri məsləhətdi :)