Gömrükdən telefon sifariş etməyə qadağa var?

AliExpress dən fevralda 359 $ telefon sifariş etmişəm,75 gün tamam oldu gəlməyib. Mağaza deyir yolda, Azərpoçt da deyir sistemdə görünmür. Smart custum-da rüsumunu martda ödəmişəm. İndi telefon gəlmədiyi üçün ödədiyim rüsumu gömrükdən geri ala bilərəm? Ümumiyyətlə telefona gömrükdən icazə verilir Azərbaycana gətirməyə AliExpress ilə? Yəni gömrükdə müsadirə etməzlər? Ümumiyyətlə nə etməliyəm pulumu geri almaq üçün?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

themirze (2022-05-25 09:51:45)
Bildiyim qədəri ilə heçbir qadağa yoxdur sadəcə gəldikdən sonra IMEI -yi qeydiyyata salmalısınız. Aliexpressdən gələn məhsullar çox gec gələbilir dəfələrcə oradan sifariş etmişəm bəziləri 90 gün sonra gəlmişdi. Məhsulunuzun harda olduğunu görmək üçün Aliexpressin öz saytından istifadə edəbilərsiniz məhsulunuzun track ID kodunu oraya yazmalısınız Saytın ünvanı: https://global.cainiao.com/