Daxili İşlər Nazirliyinin elektron xidmətlərinə inteqrasiya imkanı

Salam. Təcrübəsi olanlar məlumat versə sevinərəm. DİN'in rərsmi veb saytında (mia.gov.az) təqdim etdiyi elektron xidmətləri digər proqram təminatları ilə inteqrasiya etmək üçün hansısa API və ya xüsusi prosedur qaydaları, xidmətləri var? Nümunə olaraq SMSRadar tətbiqi kimi. SMSRadar'dar fərqli olaraq vətəndaş yönümlü məlumatlar, cərimə, ödəniş və s. kimi xidmətlərin istifadəsi maraqlıdı.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Cabbarov Sübhan (2022-06-09 17:49:56)
Çox sağolun köməyə görə. SMS Radar tətbiqi məlumatları əldə edir necəsə. Qeyri rəsmi yolla (web scraping) etsəm qanun pozuntusu olar deyə düşünürəm risk də etmək istəyirəm.

Software Developer (2022-06-07 22:54:51)
Salam. DIN məlumatları public data deyil deyə hər hansı access verilə bilməz axı. Yəni vətəndaşların hər birinə aid məlumat internet üzərindən əldə edilə bilirsə(sənəd nömrəsi daxil etməklə və ya login ilə) - bu artıq public data sayılmır. Public data-lar isə egov üzərindən APİ ilə verilir, orada da DİN yəqin ki yoxdur. https://www.opendata.az/

Cabbarov Sübhan (2022-05-17 14:23:50)
Vecinə alan yoxdu :)

maxxam (2022-05-14 01:42:31)
daxili isler nazirliyine zeng edin - oradan IKT bolmesinin emalini alin yazin ona - sorusun