Windows System USTAsı

Windows da System problemi həll etmək üçün USTA axtarıram. Belə problemilləri həll eden usta tanıyırsızda əlaqə nömrəsini - əlaqə vasitəsini qeyd edərdiz .
Format edək düzələcək
tipli usta lazım deyil.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SN (2022-06-16 01:37:41)
Sualın cavabı qəribə və müəllifə maraqsız gələ bilər, amma lisenziya ödəmək istəməyib, Windows istifadə etmək istəyən biri üçün Windows istifadə etmək daha çox texniki bilik tələb edir, nəinki Linux. Belə izah edim. 30 manata "format" edən şəxslər sistemi driverlər və lazımsız və ya outdated proqramlar və driverlə birlikdə yükləyir ki, zaman itirməsin. Bu isə sual yaradır ki, bu image'ləri hazırlayan şəxsin məqsədi nədir ki, bu qədər ödənişli proqramı crack edir, saatlarını ayırıb image hazırlayır ki, piratçılığın ciddiyə alınmadığı ölkədə bir servisdə işləyən şəxs bunu rahatca yükləyib istifadə etsin. Təbii ki, arxada ya zərərli, kod var, ya adware və s. Məsələn, Windows istifadə edirsiz, lisenziya problemi çıxmasın deyə patch'lar edilir, bu da sistem modifikasiyası deməkdir ki, gələcəkdə yeniləmələr və s. ilə bağlı problem yaradır. Təbii ki, Microsoft saytından rəsmi image yükləyib, ucuz açar alıb aktivləşdirə bilərsiniz. Amma yenə dediyim kimi, 30 manata xidmət göstərən üçün bunlar maraqlı deyil. Sistem yükləsin, update'dən bir-bir driverləri yükləsin və s. Tutaq ki, bunu etdi, sonra office yükləyəcəksiz, onda və ya Photoshop yükləmək istəyəcəksiz onda problem çıxacaq. Yəni bunların təmiz və sistemə müdaxilə etmədən yüklənə biləcək versiyalarını istifadə edə bilmək üçün kifayət qədər texniki bilgi, güvənli mənbə bilmək lazımdır. Ya da bunların hamısını lisenziyalı əldə edirsiz, lazım gələndə də, əgər Azərbaycanda varsa, aparırsız rəsmi servis mərkəzinə və ya supporta yazırsız ki, hər şeyi düzgün istifadə edirəm, bəs niyə burda mavi ekranda filan xəta kodu çıxır, ödəniş edirəm, həll edin problemi. Mən məsələn Fedora Linux istifadə edirəm. Vanilla Gnome ilə. Lazım olan bir iki extension qururam (dash to dock və s.) Sistemi bir dəfə yükləyirəm, flathub aktiv edirəm, snap və snap store yükləyirəm. Sonra mənə lazım olan hər şeyi bu software center'dən rahatca qura bilirəm. Əziyyət yox, internetdən .exe fayl axtarmaq dərdi yox, qaşın üstündə gözün var deyən yox yəni. Rolling release olduğu üçün hər günün sonunda da işim bitəndə də sistem yeniləmələrini edirəm. Əgər mövcuddursa bütün proqramlarım, driverlərim, flatpaklarım, snaplarım yenilənmiş olur. Daha rahat, daha asan, daha təmiz. Yəni məncə indiki dövrdə Windows sistemini ya şirkət ödəniş edirsə ofis şəraitində, ya da həqiqətən ehtiyacınız varsa (dizayn, oyun və s.) Retail olaraq ödəniş edərək almalısınız. Çünki digər bütün işlərinizi görə biləcəyiniz alternativ həllər var.

Zulumov (2022-06-12 21:20:38)
System problemi nədir? Daha aydın yazın

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

DirectAdmin system message

Adsensedən pul çıxarmaq üçün hansı plastik kart almalıyam?

Barkodlu satış sistemi

lenovo android upgrade

Kompiuter yigdirmaq ucun meslehet verin

html səhifə yenilənmə ftp, html, dns, cache,history