Adsense pul gəlmədi

Salamlar. Ödəniş 19 aprel tarixində google adsense tərəfindən həyata keçirilib. amma pul mənim bank hesabıma gəlmədi. Google komandası (billing-payments-support) bankları ilə məsləhətləşdi və ödənişin onlar tərəfindən uğurla həyata keçirildiyini təsdiqlədi. Və onlar ödənişin yerini müəyyən etmək üçün bankıma təqdim etməyim üçün SWIFT mesajını paylaşdılar. Amma böyük bir problem var: Bankım heç bir şəkildə kömək edə bilməyəcəklərini söylədi. Dedilər ki, “bizdə görünmür. Tək çarə odur ki, Adsense pulu çıxarsın və ya ödənişi ləğv etsin”. Adsense-dən deyilənə görə bu mümkün deyil. Bank köçürmələri geri çağırıla bilməz. Kiçik məbləğ də deyil. Aylarla yığılmış $5000. Bəs mən nə etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Zahir (2023-07-27 16:38:52)
EYNI PROBLEMI MENDE YASADM QARDAS SONRA BANKA GETDIM ARAYIS YAZDIM YALANNA DEDILERKI GUYA ATA ADI ILE TAPMAYIBLAR ARACI BANKADAN GELMISDI. SONRA YENIDEN OZ KOHNE HESABIMA GERI GELDIM YENE ADSENSE GONDERIB PULU INDIDA OZ HESABIMA GELMIR NECE GUNDUR. NORMALDA PUL HEMISE 21-22 CIXIR 25-26 SINA KIM RAHAT GELIR AMA SES SEMIR YOXDU . BU XARABADA NORMAL BANK HANSIDI ISLEYEK BILMIRIK.

miza hsyn (2022-06-01 19:49:25)
Baş ofisdə araşdıranlar problemi həll etdilər. Baxmayaraq ki, bankın filiallarındada məsələnin həllini boyunlarından atırdılar. Pul 31 mayda bank hesabına köçürüldü. Belə problem yaşanarsa, siz dediyiniz kimi, baş ofisə və ya daha vəzifəli məsul şəxslərə bildirmək lazımdır. Dəyərli məlumatlarınız üçün sizə də təşəkkürlər.

E. Hacı (2022-05-30 23:03:08)
- Pulu ya geri qaytarmalıdırlar, - ya da verməlidirlər. - ya da rekvizitlərdə səhv olubsa və ya digər səbəbdən pul gəlib çıxmayıbsa, 33 iş günü ərzində pul geri qayıtmalıdır avtomatik. Sizdə 33 iş gününə hələ 3-4 gün daha qalıb. Bu ehtimal da hələ ki qüvvədədir. Yox bu həftəsonunadək qayıtmasa pul geri, demək ki pul gəlib bankdadır. Pul itbat ola bilməz.

miza hsyn (2022-05-29 18:26:46)
Cavab üçün təşəkkürlər. Dediklərinə görə xarici köçürmələrlə bağlı problemləri olub. Baş ofisə getdim bildirdim problemi, SWIFTI də göstərdim və onlar dediyi kimi Adsense-nin pulu geri qaytarmasının imkansız olduğunu da bildirdim. Çünki hər dəfə bunu deyib başlarından edirdilər sanki. Hesab VÖEN hesaba bağlıdır. Bir sözlə, dediklərinə görə araşdırılır, nəticə barədə xəbərdar edəcəklər. Əgər yenə nəticə olmasa nə etməliyəm?

E. Hacı (2022-05-27 21:26:48)
Burda problem bankda görünür. Pul banka gəlməsə, geri qayıdardı. Siz banka gedin və şikayət edin, imtina etsələr daha yuxarı vəzifəli şəxsin gəlməsini tələb edin. Əlinizdəki o svift kağızını verin və tələb edin. Deyin ki, pul gəlməyəndə, rekvizitdə problem olanda, geri qayıdır hər zaman. Burda isə sizin banka daxil olub pul. Fikrimcə pul gəlib və blok qoyublar. (VÖEN hesab deyilsə cari hesabınız, bloka düşmə ehtimalı 90%dən çoxdur) sadəcə niyə sizə elə deyirlər orası anlaşılmır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

adsense bank hesab

Google Adsense çek seçimi

Youtube – Adsense

Youtube-dan pul qazanmaq

google adsense barəsində sual

Adsense EFT ödəmə.