newegg, computeruniverse, yoxsa,

Salam Aleykum hər kəsə. Bir neçə sualım var, vaxtını ayırıb kömək etmək istəyən insanlara öncədən təşəkkür edirəm. Zəhmət olmasa nəzəri deyil, təcrubəsi və tez-tez alış veriş edən dostlar dəqiq bilgi versə yaxşı olar. Deməli mən dəyəri 4000-5000 usd arasında dəyişən komp hissələrini xaricdən sifariş etmək istəyirəm. 1) Amazondan alıb sonra kargo şirkətlərinin Amerikada saxlanc yerini seçdikde qiymət 10-30% fərqlə dəyişir. Ama Newegg isə həm qiymətin özü aşağıdır və kargo şirkətlərinin Amerikada saxlancına da çatdırılma ödənişsizdir. Lakin Newegg haqqında youtubda videolara baxarkən çox insanın şikayətlərini, eləcə də çox zaman aldıqları məhsulun keyfiyyətsiz çıxdıqları haqqında yorumları oxuyuram. Daha sonra geri qaytarmaq, eləcə də qaytara bilmək imkanı, zaman itkisi, prosessler və əsəb bütün bunları düşündükdə: Sual yaranır: doğrudan da bu belədir mi? Newegg-dən kompüter hissələri almaq nə dərəcədə doğrudur? son zamanlar aranızda alan olub mu? yoxsa sadəcə alacağımız məhsulun keyfiyyəti - bəxtimizə düşən aldığımız satıcıdan asılıdır? 2) computeruniverse yoxsa newegg - hansı daha etibarlıdır? computeruniverse-dən də sifariş etmək Newegg qədər risklidir? fikrləriniz zəhmət olmasa... Əlavə olaraq məsləhətiniz, unutduğum, bilməyim vacib gərəkən bilgilər varsa qeyd etsəniz şad olaram.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Xeyal (2022-06-09 21:10:44)
Men Amazondan mütəmadi sifarişlər edirəm. 1600usd PC gəldi və tam razıyam. Sadəcə bəzi şeylərdə diqqət edin. Məsələn monitor alanda xahiş edin üstünə etiket qoysunlar ki test olunsun dead pixel-ə qarşı (customer service-e deyin bir defe problem olmusdu ve uzaq ölkədəsiz, edirlər bu köməkliyi) Mən risk etməyib amazonu seçərdim. Saxlanc ödənişini isə anlamadım. PSU qorumaq üçün surge protector ( (+grounding) almaq da lazımdır məncə.

miza hsyn (2022-05-29 18:22:41)
salam. Mən newegg-dən alışveriş etmişdim. SSD və ya video registrator almışdım. Dəqiq yadımda deyil, ikisindən biri idi. Bir o yadımdadır ki, USD hesab olan bank kartımla ödəniş etdikdən sonra xeyli komissiya tutulmuşdu.