Toxum sifariş eləmək qadağandı?

Salam. Bu siyahıda tapmadım toxumla bağlı nəsə. Amma kargo şirkətlərində var elə bir qadağa. Birbaşa sifariş versəm bir problem olacaq? Bu mövzuda dəqiq məlumatı olan var?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

yeezy (2022-06-09 03:45:41)
Minnətdaram

Software Developer (2022-06-06 22:56:22)
Risk edib verə bilərsiz bəlkə gəldi deyə. Əgər qanunvericiliklə problemi olmayan maldırsa, kargo şirkətləri başqa səbəbdən gətirmir demək (tez xarab olma, yanma riski, narkotik tərkibli olma riski və.s. şeylərə qarşı tədbir alaraq). Normal qutu qablaşdırmasında olanda çox zaman gətirirlər kargolar, içinə çox da baxmadan, mən dəfələrlə çiy qəhvə toxumları almışam müxtəlif kargolarla - heç zaman problem olmayıb. - amma yenə də risk var işin içində, ona görə də qərarı özünüz verin.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Gomrukle bagli sual

Kargo

Sifarişlə təhlükəsizlik kameraları

ebaydan telefon almaq

Aliexspresdən telefon gəlir rayon poçtuna?

Amerika’dan Notebook göndərilməsi və şərtləri