Wise ve Unibank business

Salamlar. Wise 13 gündür ödəniş edib vöen hesabıma. Lazımi sənədləri göndəriblər , unibanka teqdim etmişəm. Yene də transferim görünmür. Wise support inad edirki bankdadır. qeyd: köməklik edəcək şəxsə kiçik bir hediyyə göndərmək istəyərəm

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

E. Hacı (2022-06-13 09:54:49)
o halda başqa bank sınaya bilərsiniz nə vaxtsa lazım olsa. Beynəlxalq və Bank Respublikada bu tip köçürmələr 1-2 günə oturur məsələn.

Xeyal (2022-06-13 00:50:16)
Qeribedir ki, unibank ozu yoxladi butun melumatlari, ve men de defelerle, melumatlarda problem yox idi, Payoneer-le davam edecem bir daha risk almamaq üçün. Ve unibank biznes payoneer-e de gelen pulu xeyli gecikdirir, onlar problemlidir deyesen

E. Hacı (2022-06-13 00:37:46)
Geri qayıdıbsa bu yaxşı xəbərdir. Demək ki rekvizitlərdə problem olmuş ola bilər. Bir daha cəhd edəndə diqqətlə yazın rekvizitləri - bankdan vərəqdə çap edilmiş şəkildə olsun çalışın. Çünki internet-banking-də rekvizitlər tam olmamış ola bilər - məsələn intermediate bank yazllmamış ola bilər - hansı ki, çox vaxt bunu yazmayanda gəlmir. Vərəqdə çap edilmiş olanda isə nə lazımdır bütün məlumatlar olur orada. Və təbii ki açdığınız hesabın valyutası eyni olmalıdır. Yəni sizə dollar gəlirsə, wise-da azn hesab yazsanız, gəlməyəcək, geri qayıdacaq.

Xeyal (2022-06-11 22:08:25)
Çox sağolun cavab üçün. Transferwise-a geri qayıtdı pul və səbəb naməlum qaldı. Böyük ehtimalla Unibank Business-ə görə.

E. Hacı (2022-06-10 22:38:49)
Salam. Saytda bir neçə gün əvvəl buna bənzər sual var baxa bilərsiniz. Problem böyük ehtimal bankadır. Transferwise-dan ödəniş haqda SWIFT məlumatları istəyin və banka gedib göstərin və tələb edin ki araşdırıb hesaba vursunlar pulu

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Türkiyədən Azərbaycana pul göndərmək üsulu bilən?

Pulun dəyişdirilməsi

Pul Krediti

Amazon.com – Refund

Bank ödənişində problem var.

SOCAR İstiqrazları haqqında nə bilirsiz? Almağa dəyər?