kripto – criptovalyuta almaq

Salamalekum, hər vaxtınız xeyir çox dəyərli adminlər və istifadəçilər... çox xahiş edərdim ətralı məlumat verərdiniz. Lütfən... Deməli tutaq ki, kriptovalyuta almaq istəyirəm... İnternetdə minlərlə #coinlər vardır. Bitkoindən tutmuş qiyməti on mində bir qəpiyə kimi, hətta "0"- sıfır dəyərində olanlar da var (vaxti ilə #bitcoin də belə dəyərsiz idi).. qısası yormayım sizi... mən həmin çox ucuz və yaxud dəyəri sıfır olan coinləri neçə alıb şəxsi komputerimdə yaxud fləşkartımda saxlaya bilərəm?! Yəni ki istədiyim anda sata, dəyişə bilməək imkanım olsun... belə bənzətmə edəkki, nəğd pul bir var cibindədir, bir var bank kartında... karta hər an blok, brom, faiz tutulma və s. ola bilər, lakin cibindəki cibindədir də ;).... O çox ucuz, və yaxud qiyməti sıfır olan criptovalyutalardan almaq istəyirəm... Lütfən ətraflı izah edərdiniz... ( bu sahədə tam yeniyəm... 2011 in qışında qardaşımın 50000 #bitcoinin yandırandan sonra ümumiyyətlə belə şeylərdən qaçırdım. Xüsusi ilə 2017 dən sonra qabarıq şəkildə dəyərə minəndən sonra psixoloji olaraq hələ də özümə gələ bilmirəm... Çox xahiş edirəm yardım edərdiniz. Öncədən dərin minnətdarlığımı bildirirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Ceyhun Ehmedov (2022-06-13 23:11:18)
çox sağ olun, çox minnətdaram

Ceyhun Ehmedov (2022-06-13 23:10:42)
minnətdaram,çox sağ olun

SN (2022-06-11 17:09:28)
Yuxarıdakı cavaba əlavə olaraq, yeni çıxan hansısa kriptovalyutaların dəyərə minməyini gözləmək sadəlövhlükdür, çünki blokçeyn texnologiyasını implementasiya edərək siz də bir kriptovalyuta yarada bilərsiniz. Buna tələbi formalaşdırmaq necə mümkündür, necə olur ki, bitcoindən başqa digər kriptovalyutalar müəyyən dəyərə minib söhbəti var ki, bunun səbəbi çox asandır, saxta dəyər formalaşdırmaq. Məsələn, X adlı bir coin çıxır və Elon Musk kimi biri bundan ucuz qiymətə alır, çıxıb tvitterdə adını yazır sadəcə, yüzlərlə fanboy da alır və müəyyən dəyər qazandıqdan sonra satır. Bitcoinin isə ilk dəfə yaradılanda bu qədər dəyərə minəcəyini yaradacısı da təsəvvür edə bilməzdi. Yəni bitcoin 2 dollar olanda 100 ədəd alım deyən yəqin ki, potensialı (potensial dedikdə indiki fantastik həddən söhbət getmir) görüb, aşağı riskdən faydalanıb, sonra da çox güman dəyəri ikiqat həddə çatanda satıb, çünki əlində sadəcə 200 dolları olan biri 10 ildən sonra bu pul 4000 dollar ola bilər deyə pul qoymaz. Üstəgəl aşağı risk, aşağı gəlir deməkdir, sadəcə bəzən bitcoin və pandemiya partlayışı şirkətləri kimi istisnalar olur.

E. Hacı (2022-06-11 12:52:56)
Sualın əsas hissəsinə cavab vermirəm, çünki özüm bitcoin saxlamıram kompüterimdə. Maraqlı ola bilər deyə bəzi digər şeylərə cavab verim: Kompüterdə bitcoin saxlamaq Bitcoin desentralizasiya edilərək minlərlə kopyalı jurnallarda qeyd şəkllində olur. Yəni fiziki-digital olaraq 1 bitcoin heç bir yerdə saxlanılmır. Əlinin 1 bitcoini var - sadəcə blockchaində bu barədə cümlənin olması deməkdir - yəni orda var ki, Vəli Əliyə 1 bitcoin göndərdi - vəssalam - 1 bitcoin elə bu cümlə deməkdir. Başqa hər hansı digital şeyləri yoxdur. O flashkada və ya online wallet-lərdə saxlanılan isə bir növ həmin Əli-nin 1 bitcoininin sahibi olmaq üçün olan şifrələrdir. Ki lazım olanda 1 bitcoini kiməsə göndərmək olsun o key-lərdən istifadə edərək. Dəyəri 0.0001 olan coinlər Tələb-təklif önəmlidir. Bazarda olan və dəyəri 0.0001 olan coinlərin demək olar heç birinin bitcoin olmaq şansı yoxdur. Çünki az qala məhdudiyyətsiz sayda mine edilirlər + heç kimə lazım deyillər. Bitcoin də heç kimə lazım deyil, sadəcə bitcoin artıq brenddir, çünki ilkdir + məhdud olduğunu hər kəs bilir. Sırf bu amillər sayəsində müəyyən dəyərdən aşağı düşmür. Digər təzə coinlərin bu şansı yoxdur. Nə brendləri var nə də məhdudluqları. Məsələn bazarda 100 ədəd olan bir shitcoin sabah bazara 1000 dənəsi də buraxılırsa dəyəri 100 dəfə düşür bir gün içində. Onun geri toparlanması artıq mümkün deyil. Çünki insanalrın əlində qalıb və satmağa da heç kim yoxdur Heç kimə lazım olmaması isbat edilib. karta hər an blok, brom, faiz tutulma və s. ola bilər, lakin cibindəki cibindədir də Xeyr, nə kapital olur olsun, hər birinin riski var. Qızılınız varsa itirmək ssenarisi var, daşınmaz əmlakınız varsa, əlinizdən alınma, dağılma və.s. risk ssenarisi var. Nəqd pulunuz varsa oğurlanma, yanma, cırılma riski var. Bankda pul varsa, bankın batması dövlətin çökməsi və.s. fəlakət risk ssenariləri var. Kriptonun da öz bu cür riskləri var. Kripto kapitalın avantajı da var dezavantajı da - ama digər kapitallardan üstün deyil. Hətta daha kövrəkdir müəyyən mənada. Avantajı - daşına bilirliliyi daha asandır. Qızılı, bankda pulu daşımaq daha çətindir düyna ölkələri üzrə köçərkən, gəzərkən. Hər daşınmanın komissiyası və haqqı olur. Bitcoində isə harada olmaqdan asılı olmayaraq daşınma xərci eynidir, kiçik komissiyadır. Dezavantajı - oğurlandıqda arxasında duracaq, sığortalayacaq bank və ya dövlət yoxdur. Oğurlanması bank kartından daha asan başa gəlir teorik olaraq. Yəni həcm böyüdükdə, tutaq ki, bankda 1 milyardınız varsa, bunu dələduzlar sizdən oğurlara bilməz, mümkün deyil. Çünki o həcmdə məbləğ həm sığortalanır, həm də fərdi təsdiq, imza və.s. tələb edir. Amma bitcoinlə bir milyardınız varsa, gecə yatıb səhər tam oğurlandığını görə bilərsiniz hackerlər tərəfindən - və geri qaytarılması da mümkün olmaz.