Browser dəyişikliyi, şəxsi məlumatlar

Salam. Tutaq ki, chrome browseri ilə qeyd olduğumuz sayta, eyni telefonla, lakin, başqa browser ( opera ) ilə daxil olub təkrarən üzv oluruq. Bu zaman etdiyimiz bu dəyişiklik bizi sayt sahibinin ( idarəçilərin ) nəzərinə çatdırırmı, biz olduğumuzu faş edirmi?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2022-06-29 17:39:29)
IP nömrəni provider təyin edir, siz yox. VPN və ya proxy işlədəndə İP dəyişir.

Abstrakt (2022-06-29 14:50:41)
İP nömrəsini cihaz sahibi dəyişə bilirmi, olursa, asan prosesdirmi? Dolğun cavabınız üçün çox sağ olun, Elvin bəy.

E. Hacı (2022-06-29 08:56:29)
Brauzerdəki məlumatdan başqa digər məlumatlar 100% demir ki, bu həmin adamdır. Amma 99% deyə bilər əlbəttə. Analiz etməklə. Məsələn başlıca şübhə mənbəyi İP nömrənizdir. Brauzeri dəyişdikdə sayt sahibi loglara baxarsa əlbəttə görəcək ki, eyni adamdır, çünki girişdəki ardıcıllıq və İP eyniliyi bunu demiş olacaq. İP fərqli olsa artıq iş çətinləşir bəli. Bir də mobil cihazlar məsələsi var - mobildən girəndən smartfonların adı da user-agent-də görsəniz deyə başqa brauzerdən girdikdə də oradan bilinə bilər ki eyni cihazdırsa, (tutalım samsung galaxy A73) o halda eyni adam olmuş ola bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

opera və google chromede ana seyfe hi.ru çıxır 

sayt qazanclarından vergi verməliyəm?

saytlara girmir

Sayt hazırlamaq

Saytların qurulması üzrə şirkət

Sayt və reklam