Web sayt üçün seo və adsense məsləhəti

Salam. Təxminən 12-13 yaşımnan həvəskər olaraq proqlama öyrənmişəm , çox düşük saytlarım olub (toranlıq.tk, htmlkodlarim.info və s.) Və bu sahədə sizlər mənə çox kömək olmusuz .Mən burda çox sual vermişəm sizlərə adətən isə xüsusi ilə E-hacı siz mənə həmişə qanuni düzgün işlə məşğul olmağı demisiz .Həttə dizayn proqramlarını öyrənəndə Photoshop kimi bütün dünyanın crack işlətdiyi proqramı belə siz mənə pulla almağımı məsləhət görmüşdüz .Dəhşət idi . və indi mənim 25 yaşım var. bu gün isə ad günümdü . belə ki sanancorp.az kimi belə bir domendə sayt açmaq django ilə .və kateqoriyasız sayt etmək fikirləşirəm .azərbaycanca internet məlumat yox səviyyəsindədir .və fikrim odurki ingilis dilində ki məqalələri tərcümə edim saytımda yazım .hər şeydən .sayta izləyici isə fikirləşirəm ki google ilə çoxlu gələcək gündəlik .misalçün : boz ayılar haqqındada məqalə olsun, boks haqqındada . sualım saytımdakı məqalələrin google-da öndə olması üçün nə etməliyəm ? və google adsense alternatıv nə var ? azərbaycan dilini qəbul edən . fikrimi çatdıra bilməkdə çətinlik çəkirəm .təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Web Saytlar Yaradılması (2022-12-25 00:28:31)
Hacı bəyin dedikləri ilə razıyam, ancaq hər zaman fərqli fikirlər ola bilər. Mən yazım əgər hansısa faydalı ola bilərsə, diqqət yetirin, ancaq hansı fikri bəyənməsəniz mütləq boş verin: - Sanancorp.az domenini düşünmüsüzsə, domenlər haqqında hələ çox şeyləri bilmirsiz. Özünüz ingilis dilində bildiyiniz üçün araşdırma edin, hansı domenlər daha uğurludur? - Sayt Azərbaycan dilində olacaqsa, corp sözünü başqa sözə dəyişin, çünki corp sözü ingiliscədədir və bəlkə də sizin sayt üçün uyğun deyil. - Azərbaycanda bloq yazmaq heç sərfəli iş deyil, buna görə də başlamağın tam zamanıdır, çünki rəqibləriniz ya yoxdur, ya da həvəskarlardır. Bilmirəm nə zaman, ancaq illər sonra Azərbaycanda bloqlardan pul qazanmaq yolları çoxalarsa, doğurdan da güclü olarsız. - bloqu özünüzə maraqlı olan sahədə yaradın və yazdıqca özünüz də araşdırın, öyrənin. Beləcə vaxtınızı faydalı itirmiş olarsız. - Başlamazdan öncə bilin ki, bunu illər sonra üçün qurursuz, yəni 3-5 il gəlir götürəcəyiniz inandırıcı deyil. İtirəcəyiniz məbləğ böyük olmasa da çox vaxt itirəcəksiz. Sadəcə təcrübə üçün dəyərmi?! - Bloqun mövzusunu mümkün qədər dar tutun (yəni hər şey olmasın). Ancaq bloqları yazdıqda artıq həmin mövzunun bütün hər şeylə kəsişmə nöqtələrindən yaza bilərsiz. - Avtomobil, texnologiya, biznes kimi gəlirli bloq sahələrindən birini seçsəniz, gələcək gəlirlər yüksək ola bilər : ) - SEO haqqında araşdırmalar edin. Əgər SEO haqqında bilikləriniz yoxdursa, hələlik bloqlara başlamaya bilərsiz.

Sanan Mammadli (2022-07-08 01:29:25)
Çox sağ olun həmişəki kimi ətraflı və aydın cavabınıza görə .Təşəkkür edirəm .

E. Hacı (2022-07-07 23:31:51)
Doğum gününüz mübarək olsun. Bloq açmaq çox yaxşı şeydir özlüyündə. Azərbaycan dilində açmaq isə lap əladır, faydalı kontent yaratmaq baxımdan. Amma monetizasiya imkanı sıfıra yaxın dərəcədə azdır. Tutalım 100, 200, 1000 adam girsə də gündəlik, bu hər hansı gəlir gətirməyəcək. Hələ-hələ əyləncə yox, oxumalı, öyrənməli nələrsə olacaqsa, ona çox insanın daxil olması ehtimalı bir az da düşr. Adsense alternativi - yoxdur. Yəni onu əvəz edə biləcək real alternativ yoxdur. Qısacası - faydalılıq baxımdan bloq yaxşı fikirdir, maddi gəlir perspektivi baxımdan yaxşı fikir deyil, qətiyyən deyil. Bloq tipli kontent birbaşa yox, dolayı gəlir gətirmiş ola bilər. Yəni tutalım siz konkret bir sahə üzrə ixtisaslaşıb bloq yazırsınız - davamlı və bezmədən, aylarla yazırsınız - az-az da olsa oxuyucu formalaşır - və sonra siz o auditoriyaya nəsə satma şansı əldə edirsiniz bloqdakl mövzuya yaxın sahədə , tutalım təlim keçmək xidmətini satarsınız, yaxud o sahə üzrə sifarişli iş götürdüyünüzü bloqda qeyd edirsiniz və işi düşən olanda sizi axtarır sizə müraciət edir həmin oxucu. Daha sadə desək - konkret bir sahəyə köklənib özünüzü o sahə üzrə brendə çevirirsiniz oxucularınızın nəzərində. Və təklif elədiyiniz xidmət həmin oxuculara maraqlı olmağa başlayır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Qovluq və faylların silinməməsi

Ödəmə sistemi

sayt satmaq ucun saytlar?

Google Adsense məktub

Adsense Pin Kod

Google adsense reklamını səhifəyə təkrarən yerləşdirmək