Elan saytına reklam üçün sərmayə cəlb etmək

1)Varsayaq ki bizim elan saytımız var buna reklam üçün sərmayə necə cəlb etmək olar? 2)Reklam üçün lazım olan büdcə ve reklamın verilə biləcəyi ən uygun yer nədi?.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Web Saytlar Yaradılması (2023-01-02 17:11:24)
1) Düz başa düşdümsə, demək istəyirsiz ki, sizin elan saytınız var və onu reklam etmək üçün sərmayə axtarırsız. Onu özünüzə necə cəlb etmək olar? Çox asan - düşünün ki, şəhərin mərkəzində 1 dükanınız var və onu reklam etmək üçün kapital (pul) cəlb edirsiz. Ortaq tapmalısız, ya da olmayan pulları xərcləmək düşüncəsindən əl çəkməlisiz. Ancaq elan saytlarını reklam etməyin sərmayəsiz yolları var: digital marketing - əsasən ya çox ucuz, ya da pulsuzdur. Kataloqlarda qeydiyyatdan keçin, Backlinklər toplayın, SMM işləri görün, saytın SEO-sunu gücləndirin, Video Marketinq qurun, Email Marketinq qurun, Saytın bloqunu yaradın. 2) Büdcəyə limit yoxdur: nə qədər çox reklam o qədər çox ziyarətçi. Misal üçün, Google Ads reklamları üçün minimal 50 USD büdcəniz olmalıdır. Ən yaxşı reklam yeri isə internetin özüdür, çünki saytlar üçün Online Marketing Offline Marketinqdən üstündür. Tez və düşünmədən satış üçün Instagram və TikTok kimi platformalar yaxşıdır. Saytın inkişafı üçün Google və Facebook.