Hansı ölkədə vergi verməliyəm?

Salam. Mən Azərbaycan vətəndaşıyam. Gürcüstan vətəndaşı ilə evliyəm, Gürcüstanda yaşayıram, 5 illik oturum kartım var. İstəyirəm freelancer kimi saytlarda qeydiyyatdan keçib tərcüməçi kimi fəaliyyət göstərim. Bilmək istəyirdim, əgər mən Gürcüstan bank kartı, mobil nömrəsi və Gürcüstanda verilmiş fərdi identifikasiya kodum ilə qeydiyyatdan keçsəm hansı ölkənin vergi orqanlarında uçota düşüb vergi verməliyəm. Azərbaycan vergi orqanlarında uçota düşməsəm məsuliyyət yaranırmı? Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Software Developer (2022-07-11 11:46:58)
Fəaliyyətiniz fiziki olaraq Gürcüstanda həyata keçirsə və orda oturum izniniz varsa, bütün məsələlər Gürcüstanla bağlıdır, orda vergi hesabatı, uçotu və.s. edə bilərsiniz təkcə. Amma məsələn Gürcüstanda hesab açıb faktiki Azərbaycanda olub pul qazandıqda, bəli o zaman bura da müəyyən vergi öhdəlikləri yaranmış olardı. O siz deyən variantın tək-tük istisna ölkələri var, biri məsələn ABŞ-dir. ABŞ vətəndaşı dünyanın harasına gedir getsin, ABŞ-a vergi verməlidir. ABŞ pasportu = ABŞ-a vergi vermək. Amma digər ölkələr elə deyil - faktiki və hüquqi fəaliyyət haradadırsa vergi də ora verilir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Frilanserlər üçün iş

18 yaşdan aşağı Freelancer

Freelancer WordPress developer kimi iş tapmaq

Freelancer pul qazanmaq

Freelancer saytindan pul chixartmaq

Freelancer.com saytindan pulu çıxartmaq