Sifariş Poçtdan PDMə göndərildi

Salam. Bakı şəhərində yaşayıram. Poçtun yeri pisdir, maşınlada getmək zülümdür, piyadada. Çox zamanlar məşgul oluram, getmək olmur, iş saatıda 6ya kimidi. Bundan 3-4 ay əvvəl çoxlu ucuz-ucuz sifarişlər edirdim, hamısı bir dəfəyə gəlmədiyi üçün poçtu gözlədirdim, çox zaman zəng ettiklərində məşğul olduğum üçün telefonu götürmürdüm. Hüquqi yaşa çatmamışam. Ebaydən PayPal vasitəsilə 55$-a programmable smart watch aldım (üzərində kamera yoxdur). İstahsalçı aliexpressdə 35$-a satır. Bağlamanın üzərində mənim adımadır. 2-3 həftə əvvəl zəng etdilər telefonu götürmədim, amma fiziki olaraq poçta getdim. İçəri girib adımı dedikdə telefona və whatsappa (işlətmirəm) cavab vermədiyim üçün yüngülvari təhqir olundum. Sonra da dedilər ki, vaxtında gəlmədin bizdə bağlamanı PDMə göndərdik. Btw, Ebay satıcısının verdiyi tracking kodu update olunmur (sadəcə tracking code var yola çıxmağı belə yazılmıyıb). Təxmini çatdırılma vaxtından 9 gün keçdi. 3 gün əvvəl satıcı ilə danışdım, bütün shipping məlumatlarını ataraq poçtda olduğunu dedi. Yuxarıdada qeyd ettiyim kimi hüquqi yaşa (18) çatmamışam. Bu saatı əldə etmək üçün nə edə bilərəm? PDMə gedə bilərəmmi yanımda valideyn ilə? Gedə bilərəmsə haradadır və yaxud qaynar xətti nədir (əgər varsa)? Getdikdə qaytarılacaqmı? Əlavə xərc varmı? Əgər PDMdən geri götürə bilməyəcəmsə, gəldiyi yerə geri yollaya bilərəm? Ən azından pulumu geri alım :D

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2022-07-15 23:04:11)
28 may metrosuna yaxındır , Səməd Vurğun parkının yanında. Bəli, valideynlə gedə bilərsiz. Əlavə xərc olacaq, amma çox ciddi məbləğ olmamalıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Mobil telefon PDM-də AZ9095-də saxlanılıb

Hansı sıxlıqla xaricdən mobil telefon sifariş etmək olar?

İmport gömrüyündə saxlanılıb səbəb: başqa

PDM Gomruk

Sahibkar kimi PDM-də qeydiyyat

Aliexpress sifarişləri hələ də gəlir?