Payoneer kartdan online istifade zamanı vergi

Salam.Bildiyim qederile fiziki payoneer kartdan pulun nagdlashdirilmasi zamanı da mueyyen qeder vergi odemek lazimdir.Bes eger hec bir pul nagdlashdirilmasi olmasa ve kart online sifarishler ve s. ucun istifade olunsa? O zaman da payoneer azerbaycandaki hesabima bagli oldugu ucun vergi odemek mecburiyyetinde qalacagam? Onceden tesekkurler cavablar ucun.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

user110 (2022-07-29 13:31:14)
Bir daha cox tesekkur edirem melumatlar ucun, cox komeyiniz deydi.

Software Developer (2022-07-29 11:15:36)
Sadələşmiş alınmır. Bu haqda bir çox yazanlar olub saytda, vergilərə gedib izah edəndə onlar qanunla əsaslandırırlar ki, bu tip fəaliyyət sadələşmişə aid deyil, sadələşmiş sırf fərdi vətəndaşlara yerində xidmətə aid ola bilir. İnternet üzərindən fəaliyyətdə isə pulu müxtəlif yerlərdən alır şəxslər, yəni ödəyən tərəf adətən şirkət olur. və ya fərd və şirkətlər olur. Ona görə də freelancerlər 5%lik gəlir vergisi ödəyicisi olaraq qeyd olunmalıdırlar. Bəli, sadələşmiş olanda dövriyyənin 2, 3 və ya neçə faizidirsə onu ödəyirlər (2-dən 8-ə kimi dəyişir sferadan asılı olaraq) Gəlir vergisində isə illik 200min azn-ədək 5% gəlir vergisi ödənilir. 3 ayda bir keçmiş 3 ayın gəlirinin vergisi ödənilir. Tutaq ki aprel ayıdır və siz yanvar, fevral, martda toplam 4000 azn qazanmısınız. Əgər rəsmi xərciniz varsa(yəni sırf e-qaimə ilə ödədiyiniz rəsmi işgüzar xərc) o halda onu 4000-dən çıxırsız və yerdə nə qalırsa onun 5%ni vergi ödəyirsiz. Tutaq ki, rəsmi xərciniz yoxdur(güman ki olmayacaq, çünki freelancer olan biri e-qaimə ilə kiməsə nəsə ödəmir adətən) o halda 4000*5%=200 azn vergi ödəyirsiz. İldə 4 dəfə bu tip ödəniş edirsiniz. Və təbii ki, aylıq sosial və tibbi sığorta da var ödəənişlər - gəlirdən asılı olmayaraq. Sadəcə mühasibat işləri elə də sadə deyil deyə yaxşı olar ki, hesabat məsələsini mühasib ilə edəsiniz. (3 ayda bir mühasibə rəqəmləri deyirsiniz, o da sizin üçün bütün hesabatları həll edir indexlər üzrə ödənişlər və.s. sizə izah edir. Ki hansı kod üzrə nə qədər ödəniş etməlisiniz. - çoxlu kodlar var çünki orda. online və ya bankda ödəniş edəndə o kod üzrə ödəniş edirsiniz. məsələn gəlir vergisi kodu ayrıdır, sosial sığorta ayrıdır, tibbi sığorta ayrıdır, hesablanmış gecikmə faizi cəriməsi olarsa, o ayrıdır və.s.) Ətraflı məlumata gəldikdə - mühasib ilə görüşmək və məlumat almaq olar. Və ya e-taxes.gov.az sual-cavab bölməsində çox faydalı sual və cavablar var. Bir də istədiyiniz vaxt 195-ə zəng edib suallar verə bilərsiz - yaxşı xidmətdir və suallarınızı sadə dildə cavablayırlar. Əlavə olaraq, sizə ən yaxın vergi ödəyicilərinə xidmət idarələrinə gedə bilərsiniz. Onlar sizin həm suallarınıza cavab verirlər. Həm də hətta hesabat dövründə ora gedib hesabat göndərməyi izah etmələrini istəyə bilərsiniz - əgər mühasiblə yox, özünüz emtək istəyirsinizsə.

user110 (2022-07-29 10:49:29)
Bir daha tesekkurler detalli cavabiniz ücün. Üzrlü sayin, bir sheyi de deqiqleshdirmek isterdim. Freelance ishler, e-ticaret tipli menbelerden payoneerime gelen qazancin beyani zamani sadeleshdirilmish vergi ve ya gelir vergisi ödeyicisi kimi VÖEN qeydiyyatından kecmeliyem, ele deyil mi? Vergi ödeyen zaman da, seçdiyim vergi ödeyicisi tipinden asili olaraq ödeyirem? Ümumiyyetle bu haqda etrafli melumatlari hardan tapmaq olar? cox sag olun.

Software Developer (2022-07-29 10:08:27)
Bes payoneerin fiziki kartina gelen gelirimizi nece beyan ede bilerik? Vergi ödəmək üçün bəyan kifayət edir. Yəni burada VÖEN hesaba pul gələndə necə bəyan edilirsə, bu da elə. yəni vergi hesabatı dövründə xüsusi hesabat proqramı və ya veb saytında gəlirləri yazırsız vəssalam. Yəni sizdən hər hansı sənəd istənilmir və fərq qoyulmur ki gəlir sizə hansı hesaba gəlib. Bir növ könüllü bəyana əsaslanır. Qısacası xarici kart üzərindən vergi ödəyicisi olmaq anlayışı yoxdur. Sadəcə VÖEN açırsız və gəlirləri bəyan edirsiz. Gəlirlər burdakı hesaba da gələ bilər, xarici hesaba da.

user110 (2022-07-28 21:02:07)
Salam, cox sag olun cavab ucun.Bes payoneerin fiziki kartina gelen gelirimizi nece beyan ede bilerik? Ümumiyyetle xarici kart uzerinden vergi ödeyicisi olmaq üçün hansi addimlari yerine yetirmek lazimdir? Bir daha tesekkurler.

Software Developer (2022-07-19 22:10:23)
Salam. Xeyr, naqdlaşdırma ilə əlaqəsi yoxdur bunun. Vergi bəyan əsasındadır. Yəni qazanırsınızsa ona uyğun vergi verirsiniz. Nəqdləşdirib nəqdləşdirməmək buna aid məsələ deyil. Düzdür, xarici kartda pul olanda onu xərclədikdə və onu bəyan etmədikdə aydın məsələdir ki, kiminsə o gəlirdən xəbər tutması ehtimalı yox dərəcədə az olur, amma bu o demək deyil ki, qanuni öhdəliyi olmur. Olur əlbəttə.