Html fayl ilə giriş səhifəi və şəxsi panel

Salam. bir sualım var, sadəcə bu sahədən uzağam deyə misal çəkərək sualımı verəcəm. Deməli məsələn Əlimdə iki ədəd .html fayl var. Biri giriş.html digəri şəxsipanel.html . Mən necə edə bilərəm ki giriş.html da mən təyin etdiyim mail və şifrə yazaraq şəxsipanel.html səhifəsinə yönləndirsin. Burda məqsəd istifadəçi paneli deyil, sadəcə 1 ədəd mail və şifrə olacaq. Bir dərs üçün lazımdı.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2022-08-05 22:01:21)
Normal halda bu dediyiniz backend ilə edilir. Yəni vebserver qurulur, PHP, pythong, nodejs və.s. dillərdən biri ilə backend dəstək yazılır. giris.html-deki login-parol göndərilir backendə, backend yoxlayır, əgər doğrudursa yönləndirmə edir shexsipanel.php-yə, içindəki məxfi məlumatlarla birgə. Yəni HTML -> PHP+APACHE+MySQL -> HTML - proses belə baş verir. Sizdə hər hansı məxfi məlumat yoxdursa və təkcə demo üçündürsə, o halda Javascript ilə də yaza bilərsiniz vebserver olmadan. Yəni girishtml-də yazırsınız ki, -form submit olanda -əgər login və şifrə filan şeydirsə - o halda window.location.href='shexsipanel.html'; vəssalam. Sadəcə nəzərə alın ki, bu son metod sadəcə demo üçündür, heç bir məxfilik qorunmur və istənilən şəxs login parolu view-source edərək javascriptdə görə bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

HTML dərslikləri

Dreamweaver kimi programlar olan yerdə HTML , CSS və s bilmək lazımlıdırmı?

Sayt daxilində link yerləşdirmək

MVC vs Framework

CSS fayl adının düzgün seçilməsi

Step IT yoxsa CodeAcademy ?