Freelance elanların yerləşdiriləcəyi sayt qurmaq düzgün fikirdir?

Salam hal hazırda tamamile özümün yaratdıgım elan saytım var lakin rəqabət mühiti ilə əlaqədar tanınmamıs olduğundan ve hosting xərci xeyli olduğundan ümümi katagoriyalar üzrə olan elan saytımı kodlarında dəyişikllik edərək yalnızca freelancerların öz iş elanlarını yerləşdirə biləcəkləri sayta çevirmək istəyirəm. 1.ci sual lazımı qədər gəlir əldə etmək mümkün olarmı? 2.ci sual bu saytda sual yaradaraq reklam etmək olarmı?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Web Saytlar Yaradılması (2022-12-14 03:05:01)
Bu yeni fikir deyil. Fiverr-in ofisi yunan kiprində yerləşir. Onlarda alınırsa, niyə də olmasın?!

Web Saytlar Yaradılması (2022-12-14 03:01:18)
Salam. 1. Lazımı qədər gəlir dedikdə, yalnız hostinq xərcinin ödənməsini nəzərdə tutursuzsa, buna görə çalışmağına dəymir. Yox, özünüzə lazım olan qədər deyirsizsə, bunu başqasından soruşmaq düzgün deyil. 2. Yox, bu sayt reklam platforması deyil. Suallar reklam yaratmaq üçün deyil, ancaq misal üçün, saytınızın linkini yerləşdirsəydiz, davam etməyə dəyib-dəymədiyinə dair məsləhət verənlər olardı. Ancaq biznes açırsınızsa, başqasının məsləhətindən çox özünüz araşdırma edib nəticələr çıxarmalısız. Azərbaycanda elan saytları var, ancaq freelancer saytları azdır, bəlkə yoxlamağına dəyər. Yoxlamaq dedikdə belə layihə üçün öncədən bir neçə illik biznes planınız olmalıdır. Əgər büdcəniz/komandanız/marketinq bilikləriniz yoxdursa, başlamağına dəymir. Başlamızısa, bəlkə 1 neçə ortaq tapıb layihəni ayağa qaldıra bilərsiz?!

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Freelance iş saytları

İnternet qazanc üçün voen

Freelance pul qazanmaq

Payoneer 29$ fee məsələsi

İnternetdən pul qazanmaq

Mobil brauzer oyununun qrafikası üçün rəssam lazımdır