Web proqramlaşdırma vs video montaj

Salam bu aralar IT və video montaj seçimi arasında qalmışam hansı sahə üzrə öyrənib davam edim, web proqramlaşdırma front end back end yoxsa video montaj Photoshop, premier, after effect məsləhətiniz hansı sahə olar? Məncə iki sahənində gələcəyi və davamı var

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2022-09-20 11:31:05)
Bəli, hər iki sahənin çox yaxşı gələcəyi var. Həm game development, həm digital advertisement, digital art və.s. sahələrdə video işləri çox tələb olunur və olunacaq. Həm də sadəcə videonu kəsib doğrayıb effekt vermək yox, ciddi işlər görmək - yaradıcı düşünmək, obrazlar və dünyalar(metaverse filan) yaratmaq, 3D işləri və.s. perspektibləri çoxdur. Proqrramlaşdırma isə aydın məsələdir ki, hazırda ən aktual peşələrdən biridir və uzun müddət də belə qalacaq. Sizin daxili marağınız, həyəcanınız hansınadırsa, onu seçin. Sonralar qərar dəyişdirmək də problbem olmayacaq, heç zaman gec deyil - yəni ya o ya bu ömürlük seçim deyə bir şey yoxdur, hər zaman dəyişmək olar gələcəkdə. Proqramlaşdırma daha çox texniki, məntiqi beyinli, düz düşünən, rasionallığa daha çox meyl edən, anlaşılmayan şeydə dəqiq səbəb-nəticə əlaqəsi axtaran və.s. beyinlilər üçün daha çox məsləhətdir. Video, qrafik işləri isə daha çox yaradıcılığa, estetikaya, təzə bir şeylər yaratmağa, icad etməyə, rənglər və obrazlar dünyası ilə arası yaxşı olanlara məsləhətdir. Təbii ki, bu mülətq ayrım deyil, hər bir insan ikisindən hansını istəsə seçə bilər. Sadəcə özünə uyğunu seçəndə daha uğurlu olacaq əlbəttə ki.