Swift köçürmə (təyinat)

Salam mən Upwork'da freelance işləyirəm. Swift ilə Azərbaycan bank hesabıma pul göndərdim bank məndən təyinat və müqavilə tələb edir. 1. Sualım təyinatı necə edə bilərəm Swift köçürmələri Upworkdan birbaşa olur. 2. Müqavilə olaraq nə sənədi təqdim etməliyəm? Bu onlayn bir sistemdi sadəcə user agreement kimi sənədlər var bir müqavilə yoxdur yəni.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2022-09-30 11:04:29)
VÖEN hesabıdırsa heç bir problem olmamaldır. Sualları da olsa Upwork-lə olan agreementi, statement(çıxarış-qazanc) print edib göstərə bilərsiz banka. https://www.upwork.com/ab/payments/reports/certificate-of-earnings.pdf bunu endirib çap edin və təqdim edin. Və ya başqa bankda aça bilərsiniz VÖEN hesab. Çünki bir çox bank heç nə soruşmur ödəniş qanuni sahibkar hesabınıza gəlirsə. VÖEN hesabı deyilsə - o zaman mümkün deyil bunu uzun müddət davam etdirmək. 1-2 dəfə təsadüfən alınsa belə sonra blok edərlər.