Ticarət standartları

Dəyərli cavablar.net in kollektivi və mənim kimi yuzerləri... yardımınıza ehtiyacım var.... Belə ki əlimdə " ГОСТ 3935-81" standartı altında KOSMOS (Сигареты "Космос" ГОСТ 3935-81 Москва ) yazılmış siqaret var. bu məhsulu dəqiq neçənci ildə buraxıldığını və bir də beynəlxalq ticarət ( amazon və s) saytlarda hərrac yolu ilə satmaq necə mümkündür?. Əgər alan olsa ölkədən kənarda məhsulu necə göndərə bilərəm... ( 2-3 giliz özüm çəkmişəm. xarab deyil. Əksinə indikilərdən yaxşı idi. azaqcıq acılığı çıxsaq)... Hər şeyə rəğmən öncədən hər birinizə təşəkkür edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

SN (2023-01-11 16:29:53)
Linkdə bildirilir ki, 1982-ci ildən qüvvəyə minib, 2003-ə kimi istifadə edilib o standart. Yəni üzərində konkret tarix yoxdursa, bilmək mümkün deyil məncə. Almaq məsələsinə gəldikdə 5-6 dollardan çox kiminsə pul verəcəyini düşünmürəm. Yəni daha çox pul verə də bilərlər amma yenə də nəsə qazanacağınızı düşünmürəm. Siqaretlərin son istifadə müddəti olmasa belə uzun müddəti qalması onu yaxşı yox, daha pis edir.