WordPress Azərbaycan dili.

Salam mən admin paneldən dili Azərbaycan seçirəm amma sayt ingilis dilində qalır. Admin panel isə qismən dəyişir. Rus dili edəndə isə həm admin panel həmdə sayt rus dilində olur.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Israfil (2022-10-28 09:10:01)
İşə yaradı. Təşəkkür edirəm

E. Hacı (2022-10-27 23:03:22)
LOCO plugini var onu qurub istifadə etməklə hər hansı əlavə proqram olmadan, .po və .mo fayllarla əlləşmədən birbaşa admin paneldə tərcümə etmək olur bütün plugin və temaları. Və ya WooCommerce kimi yarımçıq tərcümə edilmişləri yarım qaldıqları yerdən tamamlamaq olur və.s.

Israfil (2022-10-27 15:23:27)
Salam. Cavab üçün təşəkkür edirəm. Deməli Woocomerce və digərlərini artıq özüm tərcümə etməliyəm?

E. Hacı (2022-10-27 14:39:55)
WordPress-də Azərbaycan dilini seçəndə bu sadəcə admin panelə aid olur, bir də front tərəfdə sistem stringləri varsa onlara aid olur. Saytın Azərbaycan dilində olması üçün gərək plugin və temaların da Azərbaycan dili dəstəyi ola - sizin saytda isə görünür tema və pluginlərdə bu tərcümələr mövcud deyil(Azərbaycan dili tək-tük pluginlər üçün var)

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Alış veriş saytı üçün wordpress teması

WordPress permission error

WordPress saytı köçürmək

WordPress WP_Query get by meta date field

WordPress’də belə bir plugin lazımdır…

Akismet plugini