Play Store-dan pul çıxarmaq.

Play store da app-dən qazanılan pulu Azərbaycanda birbaşa yerli banklardan çıxarmaq olur ? Olursa necə və ya olmursa hansı dolayısı yollarla olur ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Software Developer (2022-11-20 01:07:29)
Beynəlxalq bank yaxşıdır.

NeoLive (2022-11-17 10:17:29)
Anladım.VÖEN hesabı üçün hansı bankı məsləhət görərdiniz ?

Software Developer (2022-11-16 22:11:56)
Təəssüf ki "tutmaqla" olmur bu iş, yoxsa asan olardı. VÖEN hesaba pul gələndə heç nə tutmur, hamısı hesaba oturur. Sadəcə siz üç ayda bir dəfə qazanılan məbləğin cəminin 5%-ni vergi kimi ödəyirsiniz, hesabat verməklə bərabər. Eləcə də hər ay icbari sosial və tibbi sığorta ödəmələri edirsiniz (ikisi birgə aylıq təxminən 60-70 azn edir)

NeoLive (2022-11-16 16:00:27)
Təşəkkür edirəm cavab üçün.Bir də nə qədər komissiya tutulur VÖEN hesabı olan bank tərəfindən ?

Software Developer (2022-11-16 15:00:45)
Nəqdləşdirmə mümkündür Google-dan Azərbaycan banklarına. Siz müvafiq bölməyə girib rekvizitləri daxil etməlisiniz. Sadəcə nəzərə alın ki, yazacağınız bank hesabı VÖEN hesabı olmadıqda, şəxsi hesab olduqda, Azərbaycanda bank bu gələn pula blok qoya bilər və sizdən VÖEN hesab təqdim etmənizi istəyə bilər.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

NodeJs desteyi olan Server.

WhatsApp link ilə

Andoiddə yaddaş problemi.

Hazır kodlaşdırma

Video zəng üçün App

E-Reader app-ı Azlatın , 1 toxunuşla çekmə