Xarici müştərilər üçün ödəniş sistemi

Salam, ben onlayn virtual məhsullarımı satacağam WooCommerce ilə. Hansı ödəniş sistemini istifadə edib daha sonra bu pulu Azərbaycana köçürə bilərəm? P.S. Paypal araşdırdım amma Azərbaycanda təəsüff ki işləmir.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Karb10 (2022-12-12 23:36:29)
Salam, qiwi, yoomoney, robokassa ilə məhsulun avtomatik çatdırılmasını təmin etmək və bank kartı ilə ödəniş qəbul etmək mümkündür. Birbaşa Azərbaycan kartınıza pulu çıxarda bilərsiniz. Yalnız şəxsiyyət vəsiqəsi tələb olunur. Çətinliyiniz olsa əlaqə saxlayarsız, rəsmi partnyor nömrəsidir 055 226 96 22

az-hosting (2022-12-06 15:11:50)
Payriff istifadə edə bilərsiz.

Software Developer (2022-11-22 15:04:47)
"2Checkout" beynəlxalq dəstəyi var, sadəcə Stripe və Paypal qədər güvən qazanmış deyil, komissiyası da yuxarıdır (4-5% gedir hamsı bir yerdə) Yerli ödəniş də qoşa biləsiniz, pasha, azericard, kapital payment, payriff və.s. - hər birinin də beynəlxalq ödəniş dəstəyi var(amma hesab açarkən öncə bu barədə bildirmək lazımdır onlara - çünki bəzən yerli mağaza bilib blok edirlər xarici ödənişləri) - amma bu variantda xarici müştəri tanımadığı bir ölkənin ödəniş sisteminə güvənəcəkmi probemi çıxır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Web saytdan onlayn ödəniş qəbul etmək

Xaricdən sifariş zamanı kartdan vergi