Kiçik yaslarinda proqramist olmaq olarmı?

Salam, men 7 sinif rus sektorunda oxuyuram. Mən Java, Python və JavaScript proqram dillərini örgənirəm. Proqramist olmaq üçün Riyaziyyat, Fizika və Ximiya dersleri lazımdırmı? Mən bir neçə ilə proqramist ola bilərəmmi? Əgər cümlələrdə sef varsa üzür istəyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2022-11-27 11:02:23)
Salam. Bu yaşdan çox təcrübəyə bağlı bir şeydir. Əgər indidən həvəslə, davamlı olaraq bu sahəni öyrənməyə başlasanız, əlbəttə ki, yaşıdlarınızı bu sahədə qabaqlayacaqsınız. Yəni tutaq ki, 9cu sinifdə oxuyanda artıq 2 illik təcrübəniz olacaq. Sizə nə vaxt proqramist demək olar - sualının konkret cavabı isə yoxdur. 1 ilə də olar, 2 il də, 4 il də. Bu asılıdır siz nə dərəcədə məsuliyyətlə öyrənməyə davam edəcəksiniz. Sərbəst şəkildə proyektlər, proqramlar yarada bildiyinizdə artıq özünüzə proqramçı deyə bilərsiniz. Ümumən indidən belə ciddi düşünməniz çox yaxşıdır və sizi bir addım qabağa keçirir. Belə də davam edin.