Script satışı

Salamlar. Azərbaycanda bir çox firmalara baxıram ki, scirpt satışıyla məşğul deyillər. Adətən firmalarımız böyük məbləğ qarşılığında sayt yaradır admin panel verir. hazırladığım scirptləri sizcə hansı formada sata bilərəm sayt üzərindənmə yoxsa necə fikirləriniz maraqlıdır. demolar / demo.kmg.az e1.kmg.az salon.kmg.az huquq.kmg.az

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Karb10 (2022-12-12 23:42:36)
Salam. İlk öncə scriptlərə baxanda sürətin az olduğunu gördüm, yəqinki optimizasiya işləri aparmamısınız. Xarici saytlarda daha yaxşı satmaq olur. Mən hazır scriptləri tərcümə edib, bugları aradan qaldırıb, codester saytında yüksək qiymətlə satırdım. Həmin saytdakı qaydalar envato və digərlərinə nisbətən daha yumşaqdır, yoxlanışdan keçmək olur

Spoon1hp (2022-12-06 16:04:07)
bəli

az-hosting (2022-12-06 15:10:05)
Scriptlər sizə məxsusdur?

E. Hacı (2022-12-01 12:36:09)
Azərbaycanda bu skriptləri yalnız individual qaydada satmaq mümkündür. O da satış bacarığı tələb edir. Yəni sayta qoysanız satışa, heç kim almayacq. Bir-bir bu tip biznesi olanlarla əlaqəyə keçib xidmət şəklində təklif etmək olar. (hosqint qurmaq+1 illik support+skript = filan qiymətə) Qlobal bazarda isə digər cavabda da yazıldığı kimi - 30-100$ arası satmaq olar bir lisenziyanı. Amma nəzərə almaq lazımdır ki, qlobal bazarda satış həddən artıq çətindir çünki eyni işi görən minlərlə template var. Ona görə də şəxsən mənə ağlabatan görünən yerli bazarda individual satmaq cəhdidir. O tutarsa, real bir neçə istifadəçi olarsa, sonra da qobalı düşünmək.

Spoon1hp (2022-11-30 21:17:44)
fikirləriniz üçün təşəkkür edirəm . Azərbaycan yenədə gördüyüm qədəriylə 30 il geridən gəlir =))) İnşAllahki bunu düzəldərik

SN (2022-11-30 21:15:31)
Kütləvi satış üçün nəzərdə tutulan bir "script"i, proyekti, framework'ü satışa çıxarmaq üçün, ona uyğun alıcı kütləsi olan bazar lazımdır. Burada isə çox satış edəcəm düşüncəsi ilə, qiymət aşağı olmalıdır. Məsələn, tutaq ki, 1 şirkət üçün hazırladığınız e-commerce proyektə minlərlə dollar qiymət oxuya bilərsiniz, hansı ki müştərinin sifarişi ilə özəlləşdirmə və s. edəcəksiz. Amma əgər eyni scripti bazara minlərlə istifadəçiyə çıxaracaqsızsa, avtomatik qiyməti düşüb olur 30-100 dollar arası bir şey. Çünki burada siz şablonunuzu satırsız, bunu da end user yox, həmin end user üçün e-commerce sayt açacaq developer alıb (outsource və ya insource, fərq etməz), müştərinin istəyinə uyğun dəyişdirəcək. O səbəbdən Azərbaycan bazarında lazımi dəyər görmək mümkün deyil. Hətta Azərbaycan bazarında sizin scriptinizi alıb, müştəriylə işləyənlər daha çox qazanacaq. Azərbaycanda bazar 2 yerə bölünür, birincisi yüksək məbləğlər ödəyib enterprise-scale xidmət alan şirkətlər, ikincisi WordPress, Opencart-la hazırlanmış proyektlərə qaçanlar (Bu proyektlər normal hazırlananda problem yoxdur, nulled tema və s. ilə edirlər). Siz normal satış etmək istəyirsizsə, skriptlərinizi ingiliscə edib qlobal marketlərdə satın.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Saytı blokdan çıxarmaq

Wen.ru kimi sayt

wordpress ilə profesional sayt

Pulsuz sayt

Qovluq və faylların silinməməsi

saytlara girmir